Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

İtirilmiş Azərbaycan toyu KÜNCDƏN BAXIŞ

İtirilmiş Azərbaycan toyu KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elçin Bayramlı

Azərbaycanda toy mərasimləri artıq milli adət-ənənələrimizdən uzaqlaşıb və böyük bir şou tədbirinə çevrilib. “Azərbaycan toyu” anlayışı artıq demək olar ki, sıradan çıxıb. Bu mərasimlər yalnız dəbdəbə, hədsiz səs-küy, hədsiz israfçılıq və göstəriş ilə müşayiət olunur. Bizdə artıq Azərbaycan toyu deyil, müasir "hoqqabazlıq" və "görməmişlik" mərasimidir.

Bu toylar bizim milli mənəviyyatımıza, adət-ənənələrimizə və dini dəyərlərimizə uyğun deyil. Toylarda bahalı süfrələr, içki bolluğu və ekstravaqant tərzdə mərasimlər insanların diqqətini əsl məqsəddən yayındırır. 50-60 növ yemək, üçmərtəbəli süfrələr, saysız-hesabsız israfçılıq həm sosial, həm mənəvi baxımdan qəbuledilməzdir.

Əslində, toy bir ailənin qurulması, nigahın bağlanması və yaxınların səmimi təbriklərini paylaşması üçün keçirilməlidir. Amma hazırkı toylar tamamilə bunun əksini göstərir.

Toy mərasimlərinin bu cür dəbdəbəli olması ailələr üçün ciddi iqtisadi yük yaradır. Toy məclisini təşkil edən ailələr bəzən illərlə borc bataqlığında qalır. Ailə illərlə topladığı pulunu yeni qurulan ailəyə yox, toy biznesinə, şadlıq evlərinə və xidmət təminatçılarına xərcləyir. Bu, ailələr üçün tamamilə ədalətsizlikdir. Buna görə də ailələr yeni qurulan ailələrə dəstək üçün kredit götürür, borca girir, nəticədə isə illərlə bu borcları qaytarmaq məcburiyyətində qalırlar. Bu vəziyyət gənclərin evlənmək istəməməsinə, bəzilərinin isə evlənə bilməməsinə səbəb olur.

Bugünkü toylar sanki şeytan məclisinə çevrilib. Hər yerdə səs-küy, sərxoşluq və dəbdəbə hakimdir. Halbuki toy, dini və milli dəyərlərə uyğun keçirilməlidir. İnsanlar bir-biri ilə səmimi ünsiyyət qurmalı, yeni qurulan ailəyə dəstək olmalıdır. Amma hazırda toylar yalnız pul xərcləmək, göstərmək və rəqabət aparmaq məqsədilə keçirilir. Bu, tamamilə qeyri-insani və mədəniyyətsiz bir davranışdır.

Toylarda qonaqlara qarşı açıq şəkildə akustik terror həyata keçirilir. Musiqinin səsi o qədər yüksək qoyulur ki, var gücünlə bağırsan da yanındakına sözünü eşitdirə bilmirsən. Toydan sonra adam 1 gün özünə gələ bilmir.

Bu gün toy mərasimləri əsasən musiqi, dekorasiya, foto-video çəkiliş və iaşə sahələrində xidmət göstərən sahibkarlar üçün gəlir mənbəyinə çevrilib. Qazananlar yalnız onlardır, amma ailə bu dəbdəbənin yükünü uzun illər boyu daşımaq məcburiyyətində qalır.

Hazırki mərasim forması 21-ci əsrin əvvəlindən başlayaraq tətbiq olunur və və getdikcə də eybəcərləşir. Hədsiz hoqqabazlıqlar, müxtəlif dəbdəbə, görməmişlik elementləri, özünü göstərmək meyli, dəhşətli israfçılıq və saysız-hesabsız oyunbazlıqlardan ibarət qəribə bir məclisdir. Bunun nə tarixi əsası var, nə mənəvi, nə sosial, nə də milli dəyəri.

Tioya 500 nəfər çağırmaqla fəxr etmək cılızlıqdır. Toy mərasimi yalnız yaxın qohumların və dostların iştirakı ilə keçirilə bilər. Burada nikah mərasimi təşkil olunmalı, yeni ailəyə təbriklər və arzular deyilməli, yüngülvari yemək-içmək, musiqi və oynamaq da normal qaydada baş tuta bilər.

Qalan bütün hoqqabazlıqlar isə toya heç bir aidiyyəti olmayan, sadəcə əyləncə məqsədli, süni və qeyri-milli şou tədbirlərdir. Son dövrlər toylarımızda milli mahnılara çox az rast gəlinir. Hətta “Vağzalı” belə dəyişdirilib. Onların yerini xarici mahnılar, küçə musiqiləri və müxtəlif bayağı mahnılar tutub. Bunlarla yanaşı, saysız-hesabsız hoqqabazlıqlar müşahidə olunur.

İnsanlar ailə qurarkən maddi deyil, mənəvi dəyərlərə üstünlük verməlidirlər. Maddi zənginlik nümayiş etdirmək, özünü başqalarına göstərmək, çoxlu pul xərcləyib diqqət çəkməyə çalışmaq ailəyə heç bir fayda vermir- əksinə, zərər vurur, xüsusilə də maddi baxımdan.

Biz normal toy sisteminə qayıtmalıyıq. Keçmişdə olduğu kimi sadə süfrə, yüngül musiqi, yaxın qohumların iştirakı ilə keçən toylar təşkil edilməlidir. Bu mərasimlər bir neçə saatlıq olmalı, israfçılığa və görkəm yarışına çevrilməməlidir. Dəbdəbəli toylar yalnız ailələri iqtisadi yük altına qoymur, həm də milli dəyərlərimizə zərər vurur. Bu məsələdə cəmiyyətin nümunəvi şəxsləri– tanınmış insanlar, məmurlar, iş adamları və ziyalılar– öz davranışları ilə nümunə göstərməli, sadə və qənaətli toyları təşviq etməlidir. Əgər cəmiyyət bu məsələdə səssiz qalsa, toy mərasimlərinin vəziyyəti daha da ağırlaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1445

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see714

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see503

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see488

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see477

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see456

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see419

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see405

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see355

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see327

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see309

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see305

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see304

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see295

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see293

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see280

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see280

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see278

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see255
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri