Icma.az
close
up
RU
Azərbaycan Turizm Blogerləri Assosiasiyası 5 yaşını qeyd ETDİ

Azərbaycan Turizm Blogerləri Assosiasiyası 5 yaşını qeyd ETDİ

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Oktyabrın 10-da Azərbaycan Turizm Blogerləri Assosiasiyası (ATBA) 5 yaşını qeyd edib.

Redaktor.az xəbər  verir ki, təşkil olunan yubiley tədbirində Assosiasiyasının təsisçiləri və üzvləri iştirak ediblər. 

Qeyd edək ki, 50-ə yaxın tanınmış turizm blogerinin üzv olduğu Assosiasiya 2020-ci ildə tanınmış jurnalist, səyyah, bloger Azər Qəribin təşəbbüsü ilə təsis edilib. 

Gecədə açılış nitqi ilə çıxış edən Assosiasiyanın sədri Azər Qərib 5 il ərzində ATBA-nın keçdiyi yol, Azərbaycanda turizmin inkişafı üçün həyata keçirilən layihələr, görülən işlər, qazanılan uğurlar barədə məlumat verib:

 “ATBA bu beş il ərzində xeyli yol qət edib. Bu gün ən tanınmış səyahət blogerləri bizim üzvlərimizdir. Biz daxili turzimin inkişafına dəstək vermək üçün müəyyən işlər görmüşük. 2-ci Qarabağ müharibəsinin olduğu və pandemiya dövründə yaranan Assosiasiyamızın ilk addımlarını atdığı günlərdə səyahət etmək çox çətin idi. Amma bu gün işğaldan azad olunan torpaqlarımızın turizm ehtiyatlarının tanıdılması, təbliğ olunması istiqamətində işlər görürük. Bu, çox qürurvericidir". 

ATBA sədri çıxışında yerli və xarici turizm obyektləri ilə işbirliklərindən də söz açıb:

"Bu illər ərzində bizim Dövlət Turizm Agentliyi, "Azərbaycan Hava Yolları", "Azərbaycan Dəmir Yolları" QSC kimi qurumlarla uğurlu əməkdaşlıqlarımız olub, eləcə də çox sayda turizm qurumları ilə birlikdə layihələrimiz həyata keçirilib. Ölkəmizin çox gözəl, maraqlı, hətta bəzən çoxlarının tanımadığı yerləri insanlarımıza çəkib göstərdik. Xarici ölkələrdən çox sayda dəvətlər aldıq. Blogerlərimiz dünyanı gəzib Azərbaycan izləyicisinə təqdim etdi, eyni zamanda Azərbaycanı xaricdə təbliq etdilər. Bu işdə müxtəlif xarici ölkələrin Azərbaycandakı səfirliklərinin də dəstəyi oldu, birlikdə maraqlı layihələr icra etdik. 

Daha sonra Azər Qərib Azərbaycan Hava Yollarının rəhbəri Samir Rzayevin və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin təbrik məktublarını oxuyub.

Çıxışdan sonra yubiley tədbirinin bədii hissəsi baş tutub. Gecədə musiqili qonaqların ifalarına yer verilib. Səyahət blogerləri müxtəlif ölkələrin rəqslərini də ifa ediblər. Həmçinin gecədə müxtəlif yarışmalar keçirilib, qonaqlara hədiyyələr təqdim olunub.

Xədicə BAXIŞLI 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Oktyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri