Icma.az
close
up
RU
Milli Kulinariya Assosiasiyası 40 yaşını qeyd etdi

Milli Kulinariya Assosiasiyası 40 yaşını qeyd etdi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Sevinc Mall-da Azərbaycan Milli Kulinariya Assosiasiyasının 40 illik yubileyinə həs edilmiş “Təhsil alan Gənc Kulinarların VI Respublika Çempionatı” və Hesabat-Seçki Konfransı keçirilib.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov çıxış edərək bildirib ki, bugünki çempionat milli mətbəximizin zəngin şirniyyat növü olan paxlavaya həsr olunub: - Ermənilər həmişə milli yeməklər və şirniyyatlarımıza sahib çıxmağa çalışıblar. Bugünki tədbirin məqsədi isə milli şirniyyat növü olan paxlavanı dünyaya tanıtmaq və bu milli-mədəni irsimizi hər zaman qoruyub saxlamaqdır. Əsasən rayonlarda bu adət-ənənə yaşadığına görə, bu yubiley günümüzdə məhz onlara yer verilib. Əsas üstünlüyü bölgələrimiz təşkil edir. Bu, həm də Assosiasiyanın ümumiyyətlə 40 və son 5 ildə gördüyü işlərin hesabat konfransıdır.  

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva çıxışında AMKA-nın gördüyü işləri yüksək qiymələndirib. 

Sonra, “Nizami Rayon İcra Hakiyyəti”nin şöbə müdiri Rəhman Hüseynov , TOP 100 klubunun prezidenti Zamir Hüseynov, 1985-ci idə AMKA ilə birlikdə olan Ağadayı Ələkbərov, Bərdə Peşə Təhsili Mərkəzinin direktoru Samir Nəcəfov, “Qarabağ Peşə Hazırlığı Mərkəzi”nin direktoru Çinarə xanım Əlişova , mütəxəssislər Rəsmiyyə Allahverdiyeva , Ağakərim Şəmidzadə , Lalə Aslanova, aşpazlar Oruc Əliyev, Oqtay Cəfərov, “SEVİNC MAL”un direktoru Zakir , “Türkiyə Aşçılar Birliyi” yardımcısı Firat bəy Dursun, “Köz Künəfə 1977 dən Hulusi Usta” nın rəhbəri Hulusi Karip bəy, Tayga Ticarət şirkətinin nümayəndəsi Xəyal Tahirov“Peşəkar Qənnadçılar İctimai Birliy”in və münsiflər sədri Eynur Nağdəliyev, “Gənclərin Töhfəsi İctimai Birliy”in sədri Asim bəy Vəliyev, “Qida Təhlükəsizliyi Hərəkat”ın sədri Məhsəti xanım Hüseynova çıxış ediblər.

Çempionatda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Tərtər Peşə Məktəbi, Bərdə Dövlət Peşə Təhsil Mərkəzi, Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Şabran Peşə Məktəbi, Neftçala Peşə Məktəbi və başqa Ali və Peşə təhsili müəssisələrinin gənc kulinarları işirak ediblər. Paxlavanın qatlarına görə nominasiyada Azərbaycan Dövlə Pedaqoji Universiteti, Yaradıcılığa görə nominasiyada İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi, Ən bol çeşid və süfrə görünüşünə görə nominasiyasında Bərdə PeşəTəhsili Mərkəzi, Qozlu paxlavaya görə nominasiyada Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman işləri üzrə BDPTM, Region paxlavasına görə nominasiyada Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Təqdimata görə nominasiyada  Neftçala Peşə Məktəbi, Dizayna görə nominasiyada  Şabran Peşə Məktəbi, Düzgün texnalogiyaya görə nominasiyada  AMKA-nın Dövət Məşğuluq Agentiyi ilə birgə Kursları, Dad nominasiyasında  Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi birinci yerə layiq görülüblər. Uzun illər AMKA ilə əməkdaşlıq edən şəxslər şəxslər mükafatlandırılıb.

Sonra AMKA-nın 5 illik Hesabat -Seçki Konfransı öz işinə başlayıb. Hesabatlar dinlənilib və səsverməyə start verilib. Seçki zamanı AMKA -nın növbəti beş ilə yeni rəhbər üzvləri (Prezident, Vitse -Prezident, İdarə Heyəti , Təftiş Komissiyası, Qəyyum və Restoratorlar Şurası) təyin olunub. Tahir Əmiraslanov yenidən Milli Kulinariya Assosiasiyasının Prezidenti seçilib. Rəsmiyyə Allahverdiyeva isə assosiasiyanın vitse-prezident vəzifəsinə təyin olunub. 

Seçkilərdən sonra Qaliblərin mükafatlandırılması mərasimi keçirilib. “Aşpaz” , “Qənnadıçı-Şirniyyatçı” kurslarının məzunlarına Sertifikatlar təqdim edilib.

Tədbirin təşkilatçıları “SEVİNC MALL”, “TAYQA Ticarət” şirkəti, “HACI” çayları, “Köz Künəfə 1977-dən Hulusi Usta” müəssisəsi, “Peşəkar Qənnadıçılar İctimai Birliyi”, “Gənclərin Töhfəsi İctimai Birliyi”, Texnika və Texnalogiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzidir.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə: - Artıq uzun illərdir ki, Tahir müəllim Kulinariya Assosiasiyasına sədrlik edir. Biz də ictimai birlik olaraq, təkcə müşahidəçi qismində iştirak etməmişik, eyni zamanda Kulinariya Assosiasiyası ilə birgə müzakirələr aparmışıq, Azərbaycan mətbəxinin dünyaya tanıdılmasında maraqlı tərəf kimi çıxış etmişik. Tahir Əmiraslanov bu yolda illərdir mübarizə aparıb və gənc mütəxəssislərin yetişməsində mühüm rolu vardır. Onun tələbələri nəinki Azərbaycanda, dünyanın istənilən yerində  fəaliyyət göstərirlər. Dəfələrlə olub ki, Tahir müəllimin işinə müdaxilə etməyə çalışıblar. Azərbaycan mətbəxi o qədər zəngindir ki, onu heç bir qüvvə mənimsəyə bilməz. Bu gün artıq Tahir Əmiraslanovun adı hər yerdə çəkilir. Onun ölkəmiz üçün gördüyü işlər danılmazdır. Tahir müəllimi Assosiasiyanın 40 illik yubileyi münasibətilə təbrik edirəm. Ona bu yolda güc, əzm və sonsuz nailiyyət arzulayıram. Biz hər zaman onun yanındayıq.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova: - Tahir müəllim başda olmaqla Assosiasiyanın bütün üzvlərini təbrik edirəm. Bu tədbir nəinki Azərbaycanın milli mətbəxi, eləcə də tariximiz və mədəniyyətimiz üçün çox böyük əhəmiyyət daşıyır. Tahir müəllim mətbəximizi elmi tərəfdən də dəyərləndirərək bu mövzuda bir neçə kitablar miras qoymuşdur. Tahir Əmiraslanov özündən sonra gənc kulinarlar və qənnadçılar yetişdirməklə, Azərbaycan mətbəxini dünyada tanıtmaqla çox böyük işlər görüb. Onun gördüyü bu işlər milli mətbəximizə çox böyük töhfədir. Bəzən olur ki, insanlar milli mətbəximizi unudur. Ancaq milli mətbəximizdəki incəliklər, yeməklərin tərkibində olan zəngin qida maddələri birbaşa olaraq, insanın immunitetinin güclənməsinə xidmət edir. Bu təamların düzgün formada bişirilib süfrəyə təqdim olunması olduqca vacib məsələdir. Tahir müəllim kulinariya sahəsində elmi bilikləri ilə bunu çox gözəl şəkildə cəmiyyətin diqqətinə çatdıra bilir.      

Qeyd edək ki, Azərbaycan Milli Kulinariya Assosiasiyası ilk dəfə 1985-ci ildə Gəncədə yaradılıb. 1993-cü ildə assosiasiya Dünya Kulinariya Birliyinə üzv qəbul olunub. Daha sonra müxtəlif illərdə türk dövlətləri ilə birgə səmərəli işlər görülüb, yeni qida nəzəriyyəsi qəbul olunub və milli mətbəximizlə bağlı 40-a yaxın kitab  nəşr olunub. Bunlardan bir neçəsi dünyanın ən yaxşı kulinariya kitabları adına layiq görülüb. Həmçinin, assosiasiyanın fəaliyyəti dövründə restoran biznesi inkişaf etməyə başlayıb. Adı siyahıda olmayan milli yeməklər menyulara daxil edilib. 

Fidan Salmanova
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Dekabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri