Icma.az
close
up
RU
Azərbaycan Türk Dövlətləri Təşkilatının həm yaranmasında, həm də inkişafında əvəzsiz rol oynayır

Azərbaycan Türk Dövlətləri Təşkilatının həm yaranmasında, həm də inkişafında əvəzsiz rol oynayır

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin Qırğızıstan, Özbəkistan və Tacikistan dövlət başçılarının birinci Üçtərəfli Zirvə görüşünün nəticələrinə dair bəyanatında deyilir ki, Türk Dövlətləri Təşkilatı (TDT) bu gün Tacikistanın Xucənd şəhərində keçirilən Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət başçılarının Üçtərəfli Zirvə görüşünün uğurla başa çatmasından, bu ölkələrin dövlət sərhədlərinin birləşməsi qovşağı haqqında Sazişin imzalanmasından məmnundur. Bu tarixi Zirvə görüşü regional əməkdaşlığın gücləndirilməsi, Mərkəzi Asiyada sabitliyin və rifahın təşviq olunması baxımından mühüm dönüş nöqtəsinin başlanğıcıdır.Orta Asiyada Türk Dövlətləri Təşkilatının "toxunuş"u tarixi birliyin bərpasına və gələcəyin supergücünün qurulmasına zəmin yaradırmı?

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın lokomotivliyi ilə təsis edilən Türk Dövlətləri Təşkilatı son illərdə dünyada eyni soy kökdən, eyni dil, mədəniyyət baxımından yaxın qardaş olan dövlətlərin birliyinin və onların inkişafının təzahürü kimi qiymətləndirilməlidir.

Vüqar İskəndərov

“Türk Dövlətləri Təşkilatı çox böyük arealı, ölkə başçımızın sözü ilə desək, gənc nüfuzun, yeraltı sərvətlərin, dil, din, bir çox mədəniyyət və bir çox köklərin birliyini özündə təcəssüm etdirir. Bu təşkilat son illərdə özünün sürətli inteqrasiyası ilə gələcəkdə vahid bir orqanizm kimi çox güclü birliyi təşkilatlanmanı və inkişafını özündə ehtiva edir. Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstanın üzvlüyü, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin bu təşkilatda müşahidəçi qismində iştirak etməsi bu birliyi daha da gücləndirir və düşünürük ki, çox da uzaq olmayan zamanlarda artıq dünyada yeni bir güc forumunun yaranmasını bütün dünyaya göstərmiş olacaq. Tarixi köklər və zaman-zaman digər güclərin məkrli planları ilə bir-birindən ayrı düşmüş bu dövlətlər və xalqlar təşkilat vasitəsilə birləşərək, həm gələcəyə güclü inkişafın təməlini qoyur, həm də yeni bir güc mərkəzinin yaranması zərurətini ortaya çıxarır. Azərbaycan bu təşkilatın həm yaranmasında, həm də inkişafında əvəzsiz rol oynayır”-deyə deputat qeyd edib.

Vüqar İskəndərov bildirib ki, Türk Dövlətləri Təşkilatı həm də Orta Asiyada dövlətlərin Qırğızıstan, Qazaxıstan və Özbəkistan, hətta Tacikistanın da bir-birinə sıx bağlarla, möhkəm bağlandığı bir təşkilatdır.

“Artıq bu siyahıya Türkmənistanı da əlavə etmək olar. Son dövrlər Türkmənistanın da bu təşkilata inteqrasiyası hiss olunur. Dünyanın ən güclü dövlətlərindən biri olan Türkiyənin həm yerləşdiyi arealda, həm təşkilatın ümumiyyətlə inkişafı üçün göstərdiyi səylər nəzərə alınmalıdır. Orta Asiyada artıq üç dövlətin başçılarının zirvə görüşü və bu görüşdə əldə olunacaq nailiyyətlər, onların sərhəd-gömrük məsələlərindəki güzəştlərin qarşılıqlı tətbiq edilməsi, ticari və digər siyasi sahələrdəki birgə addımlar, təbii ki, dəyişən dünyada qardaş dövlətlərin inkişaf strategiyasında əvəzsiz rol oynayacaq”-deyən deputat hesab edir ki, gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə Türk Dövlətləri Təşkilatı daha da güclənəcək, inkişaf edəcək, eyni zamanda həm rentabelli yol olmaqla, həm qardaş dövlətləri bir xətt üzərində birləşdirməklə Zəngəzur dəhlizi bu ölkələrin bütün sahələrdəki inkişafına çox güclü təkan verəcək.

“Türk Dövlətləri Təşkilatı gələcəyin çox güclü, qardaş və dost xalqların və dövlətlərin bildiyi kimi inkişaf mərhələsində dünya üçün çox əvəzsiz rol oynayacaq. Bu dövlətlər qarşılarında olan bütün hədəfləri daha asan yolla və birlik nümayiş etdirməklə aşa biləcəklər. Dəyişən və gərginliklərlə dolu olan dünyada Türk Dövlətləri Təşkilatı öz gücünü zamanla daha da artıracaq, həm dövlətlərə, həm də dünyaya çox önəmli töhfə vermiş olacaq”-deyə Vüqar İskəndərov bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Aprel 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri