Icma.az
close
up
RU
Azərbaycan türk dövlətləri arasında münasibətlərin inkişafında mühüm rol oynayır ŞƏRH

Azərbaycan türk dövlətləri arasında münasibətlərin inkişafında mühüm rol oynayır ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında keçirilən yüksək səviyyəli görüş qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək.

Azərbaycanın xarici siyasət strategiyasında Türk dünyası ilə əlaqələrin inkişaf etdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu çərçivədə Mərkəzi Asiya dövlətləri ilə formalaşmış dövlətlərarası münasibətlərin son illərdə yeni mərhələyə qədəm qoyması aydın şəkildə müşahidə olunur. Müasir diplomatik yanaşma dövlətlərarası münasibətlərin yalnız ortaq tarixi və mədəni köklərə deyil, eyni zamanda, regional və beynəlxalq səviyyədə ortaq geosiyasi maraqlara əsaslandığını bir daha təsdiqləyir.

Ölkəmizin başçısının Türkmənistana səfəri zamanı Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan Türk dünyasının birliyinə tarixi töhfədir. Azərbaycan Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə baş tutan üçtərəfli görüş çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. Sözügedən sənədlər arasında Transxəzər Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq memorandumu, enerji sahəsində informasiya və texnologiya mübadiləsi, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində sazişlər xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin Birgə Bəyanatı qəbul edilmişdir. Bu sənəd üç ölkə arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi, regional inteqrasiyanın dərinləşdirilməsi və xalqlarımızın rifahına xidmət edən layihələrin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.Dövlət başçıları arasında imzalanmış Bəyanat əslində bu ölkələrin strategiya və dəyər birliyinin təzührüdür. İmzalanan Bəyanatın mahiyyətindən də göründüyü kimi, Bəyanatın əsas prioritet istiqamətləri ortaq tarixi-mədəni dəyərlərin, dostluq və qardaşlıq əsasında daha sıx əməkdaşlıq istiqamətində irəliləmək niyyətinin olmasıdır.

Bundan başqa, nəqliyyat-logistika sahəsində əməkdaşlıq haqqında memorandum imzalanmışdır ki, bu da Orta Dəhliz çərçivəsində yükdaşımaların sürətləndirilməsi, yeni tranzit imkanlarının yaradılması və beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verəcəkdir.

Prezident İlham Əliyevin Türkmənistana səfəri təkcə dostluq və əməkdaşlıq münasibətlərinin ifadəsi deyil, eyni zamanda, milli maraqlara əsaslanan, regional sabitlik və inkişafı hədəfləyən balanslı diplomatiyanın bariz nümunəsidir. Bu səfər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu və mövcud geosiyasi çağırışlara qarşı çevik və prinsipial mövqeyini bir daha nümayiş etdirir.Əməkdaşlığın gücləndirilməsi nəinki region daxilində, həm də geniş Avrasiya məkanında sabitlik və tərəqqiyə töhfə verəcək.

Bu səfər Azərbaycan–Türkmənistan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. İkitərəfli və üçtərəfli formatda keçirilən danışıqlar regionda əməkdaşlıq üçün yeni imkanlar açır, xalqlarımızı birləşdirən tarixi dostluğun möhkəmlənməsinə xidmət edir.

Əli Paşayev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri