Azərbaycan Türkiyə əməkdaşlığı yeni müqavilələrlə zənginləşir ŞƏRH
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 29 dekabr, AZƏRTAC
Tarixin sınağından keçmiş Azərbaycan-Türkiyə birliyi son 5 ildə daha da möhkəmlənib, dövlət başçılarımızın məqsədyönlü siyasəti ilə dönməz xarakter alıb.
Bunu AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Prezident İlham Əliyevin Ağdam sakinləri ilə görüşündə Türkiyə ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
A.Camal bildirib ki, Prezident İlham Əliyev zaman-zaman Türkiyə ilə dostluq və qardaşlıq münasibətlərinə vurğu edir. Onun sözlərinə görə, dövlət başçısı Türkiyənin 44 günlük Vətən müharibəsi zamanı və sonrakı dövrdə Azərbaycana birmənalı dəstəyi ilə bağlı istər Bakıda keçirilən hərbi paradlarda, istərsə də, müxtəlif tədbirlərdə, mediaya müsahibələrində minnətdarlıqla söhbət açır.
“Ötən həftə Ağdam sakinləri ilə görüşdə səsləndirdiyi “Bizim yanımızda olan tək ölkə Türkiyə idi. Buna görə biz türk qardaşlarımıza minnətdarıq, həm işğal dövründə, həm müharibə dövründə bizə daim siyasi və mənəvi dəstək vermişdir”, - sözləri ilə Azərbaycan Prezidenti bir daha qardaş ölkəyə xalqımızın vəfa borcunu nümayiş etdirdi. Son illərdə Türkiyənin qarşılaşdığı böyükmiqyaslı təbii fəlakətlər, zəlzələ dağıntıları və yanğınlar zamanı Azərbaycanın dövlət və cəmiyyət olaraq səfərbər olunaraq göstərdiyi həmrəylik iki ölkənin qardaşlığının, strateji müttəfiqliyinin təbii faktorlara əsaslandığını göstərmiş oldu”, - deyə Aqil Camal əlavə edib.
Bu günlərdə Mili Məclisdə “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsinə diqqət çəkən A.Camalın sözlərinə görə bu sənədin məqsədi qarşılıqlı olaraq dövlətlərin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, suverenliyinin və müstəqilliyinin qorunması üçün tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur: “İndiyədək qarşılıqlı hərbi dəstəyi özündə ehtiva edən sənəd kimi Şuşa bəyannaməsinə istinad olunurdu. Artıq qarşılıqlı müdafiə sahəsində əməkdaşlığımız yeni müqavilələrlə zənginləşir, konkret vəzifələri əhatə edir. Bu memoranduma görə tərəf dövlətlər silahlı təcavüzə məruz qaldığı halda bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini öz üzərinə götürürlər. Eyni zamanda, hər iki ölkə müvafiq qrafik əsasında hərbi təlimləri və manevrləri davam etdirir. Ölkələrimiz arasında çoxşaxəli əməkdaşlıq Türk Dövlətləri Təşkilatı çərçivəsində də genişlənməkdədir. Azərbaycan-Türkiyə əməkdaşlığı digər türk ölkələri üçün də örnəkdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 29 Dekabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















