Icma.az
close
up
RU
Azərbaycan Türkiyə ilə birgə hərbi istehsalı genişləndirir VİDEO

Azərbaycan Türkiyə ilə birgə hərbi istehsalı genişləndirir VİDEO

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın yeni mərhələsi, xüsusilə müdafiə sənayesində birgə istehsal və texnologiyaların lokallaşdırılması təhlil olunub.

Bildirilib ki, əməkdaşlıq artıq Türkiyənin istehsal etdiyi silahların Azərbaycana satışından daha geniş məzmun daşıyır.

İki ölkənin müdafiə sənayesinin inteqrasiyası, texnologiya transferi, birgə istehsal və yeni müəssisələrin yaradılması istiqamətində real layihələr həyata keçirilir. Bu prosesin ən görünən istiqamətlərindən biri pilotsuz uçuş aparatlarıdır. "Baykar"ın Sumqayıt Sənaye Parkındakı fəaliyyəti çərçivəsində "Bayraktar TB2", "Akıncı" və mini İHA kimi sistemlərin istehsalı və inkişafı üzrə işlər aparılır. Elektron müharibə və digər pilotsuz sistemlərin birgə istehsalı da əməkdaşlığın gündəmindədir.

Qeyd olunub ki, digər mühüm istiqamət raket texnologiyalarıdır. "ROKETSAN" və Sumqayıt Texnologiyalar Parkının iştirakı ilə yaradılan "AZROKSAN" çərçivəsində "TR-122" reaktiv mərmilərinin və "TEBER" dəqiq tuşlama sistemlərinin istehsalına hazırlıq görülür. Bununla yanaşı, "ROKETSAN" tərəfindən Azərbaycanda yeni raket istehsalı müəssisəsinin yaradılması istiqamətində də işlər diqqət mərkəzindədir.

Vurğulanıb ki, əməkdaşlıq pilotsuz və raket sistemləri ilə məhdudlaşmır. "HAVELSAN" ilə komanda-idarəetmə, logistika və rəqəmsal sistemlər, "ASELSAN" ilə isə radar, elektron müharibə, süni intellekt, peyk və pilotsuz texnologiyalar üzrə əməkdaşlıq inkişaf edir. "KAAN", "HÜRJET" və "Kızılelma" kimi Türkiyənin yeni nəsil aviasiya layihələri də Azərbaycanın gələcək maraqları baxımından diqqət çəkir. Nəticə etibarilə, Azərbaycan-Türkiyə müdafiə sənayesi əməkdaşlığında ayrı-ayrı silahların satın alınmasından daha böyük proses formalaşır. İstehsal infrastrukturu, texnologiya transferi, kadr hazırlığı və hərbi sistemlərin inteqrasiyası Azərbaycanın milli müdafiə sənayesi imkanlarının genişlənməsinə xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Avqust 2026 08:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri