Icma.az
close
up
RU
Azərbaycan Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi VİDEO

Azərbaycan Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi VİDEO

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

zərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qardaş ölkənin nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyaraq ehtiram nümayiş etdirib.

Səfər çərçivəsində, həmçinin Zəfər parkı ziyarət olunub, Zəfər abidəsinin önünə əklil qoyulub.

Sonra Müdafiə Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib.

General-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib, hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin vacibliyini qeyd edib. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

Ordu generalı L.Ergün isə öz növbəsində 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası ilə bağlı keçiriləcək görüşlərin Bakıda təşkilinə görə general-polkovnik Z.Həsənova təşəkkürünü bildirib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını diqqətə çatdırıb.

Görüşdə hər iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, həmçinin regional təhlükəsizlik və maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Dekabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri