Icma.az
close
up
RU
Azərbaycan Türkiyə və İsraili necə bir araya gətirdi? Gizli detallar ÜZƏ ÇIXDI

Azərbaycan Türkiyə və İsraili necə bir araya gətirdi? Gizli detallar ÜZƏ ÇIXDI

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

“9 aprel tarixində son bir neçə ildə ilk dəfə olaraq Bakıda, Azərbaycan Prezidenti İlham Əliyevin vasitəçiliyi ilə Türkiyə və İsrailin rəsmi nümayəndələri arasında Suriyada ölkələr arasında mümkün toqquşmaların qarşısını almaq məqsədilə görüş keçirilib. Sonrakı hadisələr göstərdi ki, bu təşəbbüsün əsas təşviqedicisi və danışıqları dəstəkləyən ABŞ Prezidenti Donald Trampdır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında israilli politoloq, siyasi elmlər namizədi, "Aziznews.com" saytının redaktoru Yuri Boçarov deyib.
Bakının vasitəçiliyi ilə Ankara-Tel-Əviv münasibətlərindən danışan analitik, Qərbin gərginliyin azaldılmasında və münasibətlərin müsbət dinamikada inkişafında maraqlı olduğunu bildirib.
“Məlum olduğu kimi, Tramp hazırda özünün ilk xarici səfərinə hazırlaşır. Bu səfər çərçivəsində o, ilk olaraq Səudiyyə Ərəbistanına, daha sonra isə Fars körfəzi ölkələrinə, xüsusilə neftlə zəngin ölkələrə səfər etməyi planlaşdırır. Bu kontekstdə Tramp regionla bağlı müəyyən hazırlıq işlərinə başlayıb. Söhbət həm ABŞ ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin yaxşılaşdırılmasından, həm də Səudiyyə Ərəbistanı ilə İsrail arasında müqavilənin bağlanmasından gedir. Tramp hesab edir ki, bu səfərə və danışıqlara hazırlıq dövründə regionda sabitlik və sakitlik vacibdir”.
Boçarov qeyd edib ki, İsrail Baş nazirinin ABŞ ziyarəti də təsadüfi deyildi:
“Bu məqsədlə İsrailin baş naziri Benyamin Netanyahu təcili şəkildə Vaşinqtona çağırılıb və onunla İran, Qəzza zolağı və Türkiyə məsələləri müzakirə olunub. Tramp bildirib ki, o, hazırda həm Türkiyə, həm də İranla nüvə proqramı üzrə danışıqlara başlayıb. Eyni zamanda qeyd edib ki, əgər bu danışıqlar üç ay ərzində nəticə verməsə, o zaman hərbi əməliyyatlara başlamağa hazır olacaq. Daha dəqiq desək, Tramp İsraili İranda hərbi obyektlərə qarşı əməliyyata təşviq edəcək və ABŞ tam dəstək verəcək”.
Analitik hesab edir ki, Bakının vasitəçiliyi Yaxın Şərqdə sabitliyə hesablanıb:

“Hazırda həm Türkiyə, həm də ABŞ Suriyada əlavə münaqişələrin yaranmasında maraqlı deyillər. Bu səbəbdən ABŞ-ın təşəbbüsü və dəstəyi ilə belə bir görüş təşkil olunub və mümkün insidentlərin qarşısının alınması istiqamətində əməkdaşlıq davam edir.

Azərbaycan Prezidenti İlham Əliyev isə qeyd edib ki, o, həm Türkiyə, həm də İsrail ilə dost münasibətlərə malikdir və bu iki ölkə arasında da münasibətlərin yaxşılaşmasında maraqlıdır. Prezident Əliyev bildirib ki, o, bu istiqamətdə işləməyə və gələcək danışıqlar üçün Azərbaycanı platforma kimi təqdim etməyə hazırdır”, - deyə U.Boçarov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Aprel 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri