Icma.az
close
up
RU
Azərbaycan, Türkiyə və Pakistan öz regionlarında sabitləşdirici funksiyaya malikdirlər Ekspert

Azərbaycan, Türkiyə və Pakistan öz regionlarında sabitləşdirici funksiyaya malikdirlər Ekspert

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Azərbaycanın Türkiyə və Pakistan ilə əməkdaşlığı çoxillik tarixə malikdir. Hələ 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk ölkələr Türkiyə və Pakistan olub. Həmin vaxt çətin dönəmdən keçən, torpaqlarının 20 faizinin işğalı ilə üzləşən Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, siyasi dəstək göstərilməsində Türkiyə və Pakistanın böyük rolu olub.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Sultan Zahidov Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının əhəmiyyətini şərh edərkən deyib.

Ekspert bildirib ki, bu gün hər üç ölkə fərqli beynəlxalq qurumlarda – BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq və digər qurumlar çərçivəsində daimi şəkildə biri-birini dəstəkləyirlər:

“İkinci Qarabağ müharibəsində həm Türkiyənin, həm də Paksitanın Azərbaycana böyük siyasi və mənəvi dəstəyinin şahidi olduq. Siyasi əməkdaşlıqdan əlavə üç ölkə arasında ticari-iqtisadi, elm, mədəniyyət, təhsil sahələrində də ciddi əməkdaşlıq perspektivləri mövcuddur. Onu da qeyd etmək lazımdır ki, əvvəllər Azərbaycan Türkiyə və Pakistanla daha çox ikitərəfli formatda əməkdaşlığa üstünlük verirdisə, artıq son illərdə biz Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının yaranmasının və inkişafının şahidi oluruq. Hələ 2017-ci ildə bununla bağlı addımlar atılıb və həmin il üç ölkənin xarici işlər nazirlərinin görüşü baş tutub. Daha sonra 2021-ci ildə üç ölkənin parlamentlər səviyyəsində vahid əməkdaşlıq razılaşdırılıb. Nəhayət 2024-cü ildə Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə üçtərəfli görüş baş tutdu və beləliklə ikitərəfli format artıq dövlət rəhbərləri səviyyəsində inkişaf etdi”.

S.Zahidov deyib ki, Laçında hər üç liderin Beynəlxalq Hava Limanının açılışında iştirak etmələri, eyni zamanda öz bəyanatlarında ictimaiyyətə verdikləri mesajlar onu göstərir ki, artıq bu üçtərəfli format tam şəkildə bir inkişaf yoluna qədəm qoymaqdadır:

“Prezident İlham Əliyevin də dediyi kimi, mayın 28-də razılaşdırılmış məsələlər  üçtərəfli formatın daha da güclənməsinə, üç ölkə arasındakı dostluğun, qardaşlığın daha da möhkəmlənməsinə gətirib çıxaracaqdır. Bu görüş üçtərəfli əlaqələrdə yeni bir səhifə kimi xarakterizə edilməlidir”.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə-Pakistan formatının əhəmiyyəti hazırkı geosiyasi reallıqlar fonunda daha çox özünü göstərməkdədir: “Bu gün beynəlxalq sistemdə ciddi boşluqlar var. Dünya düzəni sarsılmağa doğru davam edir. Dünyada baş verən müharibələr və münaqişələr fonunda beynəlxalq sistemin, BMT-nin effektiv olmaması artıq dövlətlərin regional səviyyədə bir-birlərinə üz tutmalarına, birləşmələrinə, üçlü, dördlü, beşli platformalar yaratmalarına  gətirib çıxarır ki, bu baxımdan Azərbaycan-Türkiyə-Pakistan formatının da əhəmiyyəti xüsusi maraq kəsb edir. Əvvəlcə deyim ki, bu formatın həm Türkiyəni, həm Orta Şərqi, həm Qafqazı, hətta deyərdim ki, Mərkəzi Asiya və Pakistanı əhatə edən Böyük Orta Şərq regionunda sabitlik və təhlükəsizlik baxımından əhəmiyyəti böyükdür. Çünki hər üç ölkə yerləşdikləri regionlarda sabitləşdirici funksiyalara malikdirlər. Pakistan Cənubi Asiyada, Azərbaycan Qafqazda, Türkiyə Yaxın və Orta Şərq regionunda. Baxmayaraq ki, hər üç regionda münaqişə ocaqları mövcuddur. Düzdür, Azərbaycan Qarabağ münaqişəsini həll edib, amma hələ də Ermənistanla sülh sazişi imzalanayıb, Qafqaz regionunda başqa münaqişə ocaqları da var. Hindistanla Pakistan arasındakı münaqişə, Türkiyənin Kipr məsələsindəki müəyyən maraqlarını qeyd etmək lazımdır. Bununla belə bu məsələlərdə üç ölkə daim bir-birini dəstəkləyib, yerləşdikləri regionlarda xarici qüvvələrin destruktiv siyasətlərinə, məkrli ambisiyalarına qarşı bir dayaq nöqtəsi rolunu oynayıblar. Qafqazda Ermənistanın hərbləşdirilməsinə töhfə verən Fransa, Hindistan kimi dövlətlər var. Ermənistan-Fransa- Hindistan hərbi əməkdaşlığı fonunda düşünürəm ki, Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığı o destruktiv birliyə qarşı daha sabitləşdirici, daha balanslaşdırıcı bir funksiyaya malik ola bilər. Bu da bu üçlü formatın əhəmiyyətinə əhəmiyyət qatmaqdadır. Hər şeydən əvvəl regional təhlükəsizlik və sabitlik baxımından Türkiyə-Azərbaycan-Pakistan əməkdaşlığı böyük əhəmiyyətə malikdir, digər tərəfdən hər üç ölkənin yerləşdikləri regionların sıx inteqrasiyası, bir-birinə bağlılığı baxımından bu üç ölkənin əməkdaşlığına böyük ehtiyac var”.

Ekspert yada salıb ki, Türkiyə lideri öz bəyanatında Orta Dəhlizdən bəhs etdi, Türkiyə və Azərbaycanın Şərqlə-Qərb arasındakı yolların kəsişməsində yerləşməsi və tranzit imlanlarına toxundu, Pakistanın da Orta Dəhlizə verə biləcyi töhfələrdən danışdı, bu da onu göstərir ki, nəqliyyat anlamında da bu üç ölkə arasında ciddi əməkdaşlıq perspektivləri mövcuddur. Bu da həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin inkişafı, ümumiyyətlə Böyük Orta Şərq və bütün Avrasiya regionunun tərəqqisi, inkişafı və sabitliyi baxımında xüsusi əhəmiyyət malikdir.

Onun sözlərinə görə, ticari-iqtisadi əməkaşlığın daha da genişləndirlməsinə ehtiyac vardır. Azərbaycan və Pakistan arasında bu perspektivlər mövcuddur. Azərbaycanın Pakistana böyük həcmdə investiya yatırması gözlənilir. Bu da iki ölkə arasındakı ticarətə böyük töhfə verəcək: “Enerji, kənd təsərrüfatı, müdafiə sənayesi  hətta kosmosda əməkdaşlıqla bağlı düşünürəm ki, hər üç ölkənin böyük imkanları var və ondan istifadə ediləcək.Ümumiyyətlə, Azərbaycan-Türkiyə- Pakistan əməkdaşlığı sözün əsil mənasında böyük perspektivlər vəd edir”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 29 May 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri