Icma.az
close
up
RU
Qarabağda “Mədəniyyət rüzgarı” adlı tədbirlər silsiləsi həyata keçiriləcək

Qarabağda “Mədəniyyət rüzgarı” adlı tədbirlər silsiləsi həyata keçiriləcək

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

İşğaldan azad olunmuş Qarabağda dövlətimiz tərəfindən genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurda qayıdışı təmin edilir. Sürətlə dirçəldilən torpaqlarda mədəni mühitin bərpası da diqqətdə saxlanılır.

XQ xəbər verir ki, Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 20-31 oktyabr tarixlərində Qarabağ bölgəsində “Mədəniyyət rüzgarı” adı altında silsilə tədbirlər keçiriləcək.

Özündə mədəniyyətin bir neçə sahəsi üzrə tədbirləri birləşdirən layihə Qarabağ bölgəsinin 5 şəhərini (Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Xankəndi) əhatə edəcək.

MEMİM-in “Sənətkarın dostu” layihəsi üzrə oktyabrın 20-də Qarabağ Universiteti İncəsənət fakültəsinin dəstəyi ilə bu təhsil ocağında xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovla görüş, oktyabrın 21-də isə “Azərbaycan mədəniyyətində Üzeyir Hacıbəyli fenomeni” mövzusunda elmi-praktik seminar keçiriləcək. Tədbir dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi, musiqişünas və pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə gerçəkləşəcək.

20-25 oktyabr tarixlərində Ağdam Dövlət Dram Teatrında, 26-31 oktyabr tarixlərində isə Füzuli Dövlət Dram Teatrında “Regionlarda peşəkar teatr dərsləri” adlı silsilə tədbirlər keçiriləcək. 

Oktyabrın 27-də Bərdə rayon Mədəniyyət Mərkəzində kitabxana əməkdaşları üçün təlim təşkil ediləcək. 

“Mədəniyyət rüzgarı” çərçivəsində silsilə ustad dərsləri də nəzərdə tutulur. Oktyabrın 27-də Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində Xalq artisti, professor Zəhra Quliyevanın iştirakı ilə violin, oktyabrın 28-də isə Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzində Əməkdar artist Neymət Mürsəlovun iştirakı ilə tar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Kəngərli tərəfindən fortepiano ixtisası üzrə ustad dərsləri keçiriləcək. 

“Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş 29 oktyabr tarixində Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Xalq artisti, xanəndə, pedaqoq Mənsum İbrahimovun iştirakı ilə reallaşacaq.

Xatırladaq ki, MEMİM-in təşkilatçılığı ilə “Mədəniyyət rüzgarı” adlı ilk silsilə tədbirlər bu ilin 8-12 aprel tarixlərində Gəncə şəhərində keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri