Icma.az
close
up
RU
Azərbaycan türklərinin mübarizlik SİMVOLU ÇEMPİON Traktor

Azərbaycan türklərinin mübarizlik SİMVOLU ÇEMPİON Traktor

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Cənubi Azərbaycanın Təbriz şəhərini təmsil edən “Traktor-Sazi” klubu “Şəms Azər”lə qarşılaşmada 4 cavabsız qol vuraraq, ilk dəfə İran çempionu olub.

Lent.az Təbriz təmsilçisi haqqında ətraflı məlumatı təqdim edir:

“Traktor-Sazi” nə vaxt yaranıb?

1970-ci ildə Təbrizin ən böyük zavodlarından biri olan Traktor zavodu nəzdində yaradılıb, 2011-ci ildən müstəqil klubdur. Bu klub öz tarixində Kərim Baqiri, Sirus Din Məhəmmədi, Hüseyn Xətibi, Rəsul Xətibi və s. kimi məşhur futbolçular yetişdirib.

“Traktor”un tarixi

“Traktor” 1975-ci ildə İranın Təxticəmşid adlı birinci divizion çempionatına yüksəlib. Həmin il 16 klub arasında 16-cı yeri tutur və ikinci diviziona düşür. Ancaq “Traktor” klubu 1977-ci ildə yenə birinci diviziona yüksələ bilir və 5-ci yeri tutur. “Traktor” 1978/79 mövsümündə də TəxtiCəmşid çempionatında hazır idi və İran islam inqilabı baş verən zamanadək 9-cu yeri tuturdu. 1978-ci ildə İranın Federasiya çempionatında ilk dəfə bu yarışmalar keçirilirdi - ikinci yeri qazandı.

Klub İran islam inqilabından sonra

İran islam inqilabı və İran-İraq müharibəsi səbəbi ilə 1979-cu ildən 1988-ci ilədək iran futbol liqası bağlandı və təkcə əyalət çempionatları keçirilirdi. Bu zaman “Traktor” Təbriz liqasında oynayırdı. Bu dövrün son illərində rumıniyalı məşqçi Vasili Qoca klubun baş məşqçisi təyin olunur. Vasili Qoca Traktor komandasında köklü və əsasi işlər gördü və bu klubun təməl kumandalarına nəzarət etdi. Həmin işlər “Traktor”da böyük dəyişiklərə və uğurlu nailiyyətlərə səbəb oldu. “Traktor” 1992-ci ildə İranın Azadeqan adlı birinci divizionunda 3-cü oldu. Bu isə “Traktor”un İranın birnici divizionunda ən yaxşı nəticəsidir. 1994-cü ildə isə bir daha İranın Federasiya çempionatında (cami-hazfi) ikinci yeri qazandı. Klub 2000/01 mövsümündə Azadeqan liqasında sonuncu oldu. Ancaq 2001/02 mövsümünda İranın yüksək liqasının təməli qoyuldu və “Traktor” da bu çempionata qatıldı. Amma yenə də sonuncu yer tutduğu üçün aşağı liqaya düşdü. “Traktor” 7 il birinci divizionda qaldı və yüksək liqaya yüksələ bilmədi. Sonunda 2008/09 mövsümündə Fəraz Kəmalvəndin baş məşqçiliyi ilə “Traktor” İranın Xəlice-Fars adlı yüksək liqasının vəsiqəsini əldə etdi və yüksək liqaya qayıtdı.

“Traktor” azarkeşləri

"Traktor" azarkeşləri İran futbol klubları azarkeşləri arasında ən çılğınları sayılırlar. Buna görə də klub hər ildir ardıcıl olaraq 2009/10-dan sonrakı mövsümlərində ən çox tamaşaçısı olan komanda seçilib. “Traktor” klubunun prezidentinin dediklərinə görə, 2010-cu ildə bu klubun 482 min rəsmi azarkeşi olub. “Traktor”un qabaqlar stadionda və Təbrizdə sabit azarkeşləri var idi, amma indi digər vilayətlərdə də çoxlu azarkeşi var. Elə ki, Əlburz, Qəzvin, Qum, Həmədan, Tehran və Gilan kimi vilayətlərdə keçirilən oyunlarda stadionun yarıdan çoxun “Traktor” azarkeşləri doldurur. Bu şərait “Traktor”un keçmişdə yüksək liqada olduğu vəziyəti ilə bütünlüklə fərqli sayılır. İranda “Nəvəd” adlı televiziya verilişində “Traktor” azarkeşlərinə "İranın ən coşqun azarkeşləri" adı verildikdən sonra bu klubun azarkeşləri "Coşqunlar" ləqəbi ilə şəhərlərdə və idman dairələrində məşhurlaşdı. Bəziləri bu klubun azarkeşlərinin alqışlama tərzini Şərqi Asiya ölkələrinin azarkeşlərinə oxşadırlar. Hazırda klub İranda yaşayan Azərbaycan türklərinin kimlik mübarizəsinin simvollarından birinə çevrilib.

Klubun azarkeşləri sevimli komandalarına hətta səfər oyunlarında da rəqib komandanın stadionuna axışmaqla böyük dəstək olurlar. Təkcə əhalisinin 97 faizə qədəri Azərbaycan türkləri olan Təbrizdə deyil, paytaxt Tehran da daxil, ölkənin türk kökənli insanlarının yaşadığı bütün şəhərlərdə komandanın milyonlarla azarkeşi var. Xüsusilə, Tehranın “İstiqlal” və “Persepolis” futbol komandaları ilə səfər oyunlarında Tehranın 100 minlik stadionuna toplaşan azarkeşlərin ən azı yarısı "Traktor"u alqışlayır. İranda futbol stadionuna tamaşaçı toplamaq rekordu da "Traktor"a məxsusdur: İranın yüksək futbol liqasının oyunları çərçivəsində "Traktor"un Təbrizin doğma Səhənd stadionunda Şirazın "Muqavimət Sipası" komandasına qarşı keçirdiyi oyuna stadionun tutumundan daha artıq azarkeş gəlib. Bəzi mənbələrə görə sayı 110–150 min arası olan bu azarkeşlər öz doğma komandalarına hətta ətrafdakı təpələrin üzərinə çıxaraq azarkeşlik ediblər. 2011-ci ilin aprel ayında da Səhənd stadionunda "Traktor" və “Sepahan” arasındakı oyuna baxmağa gələn azarkeşlərin sayı stadiounun tutumundan çox olub və oyunun başlanmasına bir neçə saat qalmış Təbrizin radio və televiziyası azarkeşlərə stadionda boş yer olmadığına görə ora getməməyi məsləhət görüb. "Traktor" İran milli futbol çempionatının yüksək liqasının 2010–2011-ci il mövsümündə ən güclü azarkeş dəstəyinə malik komandası olub.[3]. Orta hesabla Təbrizin Səhənd stadionuna bu komandanın hər oyununa tamaşa etmək üçün 60000 azarkeş toplaşır.

“Traktor”un adı

Klub öz adını onun rəsmi sponsoru olan Təbrizin traktor istehsal edən zavodunun adından götürüb. İngiliscə "tractor" sözünə təbrizlilər öz ləhcələrində "tirəxtur" və ya "traxtur" deyirlər. Bu səbəbdən də azarkeşlər öz sevimli komandalarını məhz Təbriz ləhcəsi ilə alqışlayırlar. Hətta azarkeşlər israrla klubun adının fars dilinə uyğun şəkildə "Traktor" adlandırılmasına etiraz etmək için köynəklərinə və bayraqlarına "Tirəxtur" yaxud "Traxtur" yazırlar. Amma polislər azarkeşlərə əksər hallarda üzərinə bu cür yazılan yazılmış bayraqlar və köynəklərlə stadiona daxil olmağa imkan vermirlər.

Azarkeşlərin şüarları

"Traktor" azarkeşlərini bəzən İspaniyanın Kataloniya əyalətinin “Barselona” klubunun azarkeşləri ilə müqayisə edirlər. Katalan dili İspaniyada qadağan olunduqdan sonra "Barselona"nın azarkeşləri bu komandanın hər ev oyununda doğma “Kamp Nou” stadionuna axışaraq katalanca milli şüarlar səsləndirməyə başlayıblar. Hazırda İran türkləri də həm "Traktor"un, həm də Təbrizin digər futbol klublarının —“Şəhrdari” və “Göstəriş Polad” klubunun ev oyunlarında stadionlarda milli şüarlar səsləndirirlər. "Traktor"un qələbə qazanmasından və ya məğlub olmasından asılı olmayaraq onlar sevimli komandalarını alqışlayırlar. Hətta komanda öz qapısından top buraxanda belə stadionda "Eybi yox! Eybi yox" sədaları eşidilir. "Traktor" azarkeşlərinin tez-tez səsləndirdikləri bəzi şüarlar bunlardır:

•    Yaşasın Azərbaycan!
•    Yel yatar, tufan yatar, yatmaz Tirəxtur bayrağı"
•    Azərbaycan var olsun, İstəməyən xar olsun!
•    Azərbaycan yurdumuz, Tirəxtur bozqurdumuz!
•    Türk dilində mədrəsə, Olmalıdır hər kəsə!

Tehranda keçirilən oyunlarda bəzən Tehran klublarının azarkeşlərinin Azərbaycan türklərinə qarşı səsləndirdikləri irqçi şüarlara "Traktor" azarkeşlərinin verdikləri cavabın nəticəsində Təbriz komandası cəzalandırlıb və ev oyunlarının bir neçəsini azarkeş dəstəyi olmadan, tamaşaçısız stadionda keçirməli olub.

"Traktor" azarkeşləri həm Cənubi Azərbaycanın, həm də Azərbaycan Respublikasının problemlərini öz problemləri sayırlar. Stadionda əvvəllər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların ermənilər tərəfindən işğalına etiraz əlaməti olaraq tez-tez "Qarabağ bizimdir, bizim olacaq" şüarı səslənib. Əgər komandanın keçirdiyi oyunlar Qarabağda baş vermiş soyqırım günləri ilə üst-üstə düşürsə, şəhidlərin xatirəsi şüarlarla mütləq yad edilirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:476
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 May 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri