KİV: İran İsrailin Meksikadakı səfirinə qarşı sui qəsd hazırlayıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
İranın xüsusi xidmət orqanları Meksikada İsrail səfirinə qarşı sui-qəsd hazırlayıb.
APA xəbər verir ki, bu barədə ABŞ və İsrailin adı açıqlanmayan rəsmilərinə istinadən “Axios” portalı məlumat yayıb.
Portalın yaydığı Məlumatda sui-qəsd planının İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) xüsusi təyinatlı “Əl-Qüds” birliyi tərəfindən hazırlandığı bildirilir.
Məlumata görə, planın icrasına 2024-cü ilin sonunda başlanılıb və proses 2025-ci ilin ilk yarısında davam edib və hədəf Meksikadakı İsrail səfiri Eynat Krants-Nayger olub.
Portalın iddiasına görə Meksika xüsusi xidmət orqanları bu sui-qəsdin qarşısını yay aylarında alıblar. Hadisə “Əl-Qüds” birliyinin üzvü tərəfindən təşkil olunub. O, Venesueladakı İran səfirliyində işləyib və Latın Amerikasından agentlər cəlb edirmiş.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 07 Noyabr 2025 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















