Icma.az
close
up
RU
Prezident İlham Əliyevin çıxışı “media və dil” mövzusunu yenidən aktuallaşdırıb Ekspert

Prezident İlham Əliyevin çıxışı “media və dil” mövzusunu yenidən aktuallaşdırıb Ekspert

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 7 noyabr, AZƏRTAC

Qloballaşma prosesi dünya dilləri arasında qarşılıqlı əlaqəni gücləndirsə də, milli dillərinin assimilyasiyaya məruz qalması riskini də artırır. Rəqəmsal texnologiyaların inkişafı, sosial media platformalarının çoxalması bu neqativ prosesi daha da stimullaşdırır. Elm, texnologiya, biznes və media sahələrində yad sözlərdən ifrat dərəcədə istifadə meyli güclənir. Bu tendensiya milli dillərin saflığını pozur, tətbiqi imkanlarını çətinləşdirir. Xüsusilə gənclər arasında ana dili əvəzinə “qarışıq dil”dən istifadə edilməsi adi hala çevrilir. Prezident İlham Əliyevin noyabrın 3-də Milli Elmlər Akademiyasının 80 illik yubileyi mərasimində söylədiyi nitq ana dilinin qorunması yönündə atılması zəruri olan addımlar barədə istiqamət verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələsini daimi olaraq diqqətdə saxlayır. 2013-cü il aprelin 9-da “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiqi haqqında Sərəncam”, 2018-ci ildə isə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı Fərman” verilib. Həmin il “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi haqqında Sərəncam” imzalanıb.

Bu fərman və sərəncamlar onu göstərir ki, Prezident İlham Əliyev Azərbaycan dilinə təkcə ünsiyyət vasitəsi və dövlət dili kimi deyil, həm də milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi irsimizin daşıyıcısı kimi yanaşır.

"Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev də “dil bir millətin varlığını, onun mədəniyyətini yaşadan əsas amildir” deyərək, onun qorunub inkişaf etdirilməsini daima diqqət mərkəzində saxlayırdı.

Prezident İlham Əliyevin noyabrın 3-dəki nitqi ana dilinin tətbiqi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Son üç gün ərzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Medianın İnkişafı Agentliyinin, Mətbuat Şurasının, Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə çoxsaylı tədbirlər keçirilib. Bu tədbirlərdə rəsmi strukturlarla yanaşı, ictimai institutların, o cümlədən, Qeyri-Hökumət Təşkilatlarının və media subyektlərinin Azərbaycan dilinin qorunması yönündə missiyaları müzakirə edilib. Bu kontekstdə medianın rolu üzərində daha çox dayanılıb. Media subyektlərinin dilin qorunması yönündə daha çox imkanlara malik olduğu qeyd edilib. Narahatlıq doğuran hal odur ki, Azərbaycan dilinin media müstəvisində tətbiqi və qorunması sahəsində bir sıra sistemli problemlər mövcuddur. Bu problemlər daha çox müasir texnologiya mühitinin təsirləri ilə bağlıdır. Müzakirələr fonunda həmin problemlərin aradan qaldırılması üçün innovativ təkliflər səsləndirilir", - deyə M. Ələsgərli vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri