Azərbaycan Türkmənistan arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi gözlənilir Deputat
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda səfərdədir. O, ötən gün Prezident İlham Əliyevlə təkbətək görüş keçirib. Bu gün isə azad olunmuş ərazilərə gedib.
Berdiməhəmmədovun ölkəmizə səfərini dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov Redaktor.az-a bildirdi ki, Azərbaycanın Türkdilli dövlətlərlə münasibətlərinin daha da dərinləşməsi müşahidə olunur:
"Məhz bu kontekstdə Azərbaycanla Türkmənistan, həmçinin Mərkəzi Asiyada yerləşən digər Türk dövlətləri arasında əlaqələrin inkişafı və dərinləşməsi diqqət çəkir. Bir tərəfdən türk dünyasının ümumi daxili potensialında artım qeydə alınır, digər tərəfdən isə Türk dünyası və Türk Dövlətləri Təşkilatı regional və qlobal proseslərə təsir göstərən mühüm bir quruma çevrilib. Bu kontekstdə Türkmənistan Xalq Məsləhəti sədrinin Azərbaycana səfəri zamanı müzakirə edilən məsələlər və iqtisadi əməkdaşlıqla bağlı aparılan danışıqlar göstərir ki, Azərbaycan-Türkmənistan arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi gözlənilir".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 17 İyul 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















