Icma.az
close
up
RU
Azərbaycan üçün S 400 prioritet sayılmır ŞƏRH

Azərbaycan üçün S 400 prioritet sayılmır ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizim əsas gücümüz dron operatorları və süni intellektdədir

Gərginlik Cənubi Qafqazı silkələyəcək, ekspert Ankara-Vaşinqton xəttində təhlükəli ssenarini açıqladı

ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak bəyan edib ki, Türkiyə S-400 hava hücumundan müdafiə (HHM) sistemindən imtina edə bilər. Səfir hətta bu prosesin 4-6 ay ərzində həll ola biləcəyini də qeyd edib. Səfirin bəyanatında diqqətçəkən məqamlardan biri də, ABŞ ilə Türkiyə arasındakı gərginliyin səbəbi kimi Rusiyadan alınan S-400-lər olduğunun göstərilməsidir. ABŞ tərəfinin bu bəyanatından sonra S-400-lərin Rusiyaya qaytarılması, hətta Azərbaycana satılması kimi məsələlər, iddialar müzakirə olunur. 

Siyasi şərhçi Səxavət Məmməd Sherg.az deyib ki, ABŞ ilə Türkiyə arasındakı gərginliyin səbəbi kimi S-400-lərin Rusiyadan alınması göstərilsə də, əslində, problem S-400-lərin alınmasından əvvəl başlamışdı. Ekspert vurğulayıb ki, problemin səbəbi kimi önə çıxarılan S-400-lər yox, Türkiyənin tələb etdiyi "Patriot" HHM-ləri idi: "Türkiyə ABŞ-dən "Patriot"lar tələb edirdi. Ancaq ABŞ tərəfi bu sistemləri Türkiyəyə satmaqdan imtina etdi. Bunun qarşılığında isə Türkiyə müasir HHM sistemləri axtarışına çıxdı və Rusiyadan S-400-lər aldı. Buna cavab olaraq isə ABŞ Türkiyəni F-35 proqramından çıxardı. ABŞ tərəfi indi bəyan edir ki, Türkiyə S-400-dən imtina etsə, onu F-35 proqramına qaytara bilər. Hesab edək ki, Türkiyə S-400-ləri Rusiyaya qaytarır, yaxud Azərbaycana satılmasına nail olur və F-35 proqramına qayıdır. Türkiyənin HHM tələbi olmayacaq? Düşünürəm ki, bu versiya baş tutsa belə, proses yenə sıfır nöqtəsinə qayıdacaq. Türkiyə yenə "Patriot" tələb edəcək. ABŞ "Patriot" satacaq? İndiki mərhələdə inandırıcı görünmür. Çünki ABŞ yalnız F-35 proqramına qayıtmaqdan bəhs edir, HHM-lə bağlı problemi aradan qaldırmaq yönündə heç bir fikir səsləndirmir".

Analitik qeyd edib ki, İran-İsrail toqquşmasını Türkiyə tərəfi dərindən təhlil edib: "Mətbauta yayılan hissədə Türkiyədə açıq şəkildə boşluqlar qeyd olunur və bu, xüsusilə HHM, sığınacaqlar, orta və uzaq mənzilli raketlərə ehtiyaclarla bağlıdır. Yəni Türkiyə HHM problemini həll etməlidir, özü də ən qısa zamanda. Türkiyə F-35 proqramından çıxarılıb, hesab edirəm ki, haqsız yerə və F-16-ların modernləşdirilməsinə də qadağa qoyulub. Buna cavab olaraq da, Türkiyə Avropanın 4 ölkəsinin (Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya) birgə istehsalı olan "Eurofighter Typhoon" qırıcılarını almaq üçün danışıqlar aparır, hətta bu qırıcıların Türkiyəyə satışı barədə razılığın əldə olunması iddia olunur. "Eurofighter Typhoon" qırıcıları 4-cü nəsil qırıcılardan üstün, 5-ci nəsil qırıcılardan isə aşağıdır. Türkiyə qırıcı məsələsində alternativ tapıb. Ancaq Türkiyə HHM problemi ilə bağlı alternativ hələ də tapmayıb. İsraillə Türkiyə arasında böyük ticarət dövriyyəsi olsa da, Türkiyənin indiki məqamda İsraildən HHM sistemləri alacağı inandırıcı deyil. Yəni strateji HHM sahəsində iki seçim var, ya "Patriot", ya da S-400. Rusiya Ukrayna müharibəsi də HHM sistemlərinin əhəmiyyətini ortaya qoyur. İran-İsrail toqquşması isə bu məsələdə dövlətləri daha çevik davranmağa sövq edir".

S.Məmmədə görə, Türkiyədən fərqli olaraq Azərbaycanın hava məkanının müdafiəsi sərhəddən sərhədə təşkil olunur: "Azərbaycan S-300-dən əlavə Çindən HQ-9 HHM sistemləri də alıb. Sual yarana bilər, Azərbaycana S-400-lər lazımdır? Strateji baxımdan lazımdır. Türkiyə S-400-ləri Azərbaycana satmaq istəsə belə, bunu Rusiyanın icazəsi olmadan edə bilməz. Xatırlayaq, Yunanıstan S-300-ləri Ermənistana satmaq niyyətində olduğunu bildirən zaman Rusiyadan dərhal cavab gəldi ki, Moskvanın icazəsi olmadan bu mümkün deyil və söhbət birdəfəlik bağlandı. Alqı-satqı məsələsini qoyaq bir kənara, Rusiya, İran və Cənubi Qafqazda maraqları olan ölkələr regionda güc balansının bu qədər dəyişməsinə, Azərbaycanın bu qədər güclənməsinə razı olarlar? İnandırıcı deyil. Ümumiyyətlə, Azərbaycan üçün birinci dərəcəli məsələ S-400-dür? Qətiyyən! Azərbaycan onsuz da hava məkanı ən yaxşı qorunan ölkələrdən sayılır. Azərbaycan üçün birinci dərəcəli məsələ kadrların qorunması, inkişafı, yüzlərlə dron operatorlarının hazırlanması, süni intellekt sahəsinə yatırımların edilməsi, humanoidlər və digər məsələlərdir, yaxud olmalıdır. Döyüş təyyarələri, HHM sistemləri strateji əhəmiyyətə sahibdir. Yəni Türkiyənin S-400-ləri Rusiyaya qaytarması iki ölkə arasında gərginliyə gətirib çıxara bilər. Bu məsələ iki ölkə arasında hansı problemlər yaradar başqa yazının mövzusudur, daha çox da politoloqların işidir. Ancaq dəqiq olan budur ki, iki ölkə arasında gərginlik birbaşa Cənubi Qafqazda hiss olunar. Hətta bu gərginlik təkcə diplomatik yox, sahədə də özünü göstərər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Dekabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri