Icma.az
close
up
RU
Azərbaycan ucuz siqaret istehsalına başlayacaq

Azərbaycan ucuz siqaret istehsalına başlayacaq

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Dövlət başçısının tapşırığına əsasən, tütünçülüyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq. Görülən işlər nəticəsində tütün əkini sahələri genişləndiriləcək".

BAKU.WS-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev geniş kollegiya iclasında çıxış edərkən söyləyib. Onun sözlərinə görə, 2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkiləcək. Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaq.

"Həyata keçirilən tədbirlər fermerlərdən yaş tütünün alış qiymətinin ciddi şəkildə artırılmasına imkan yaradacaq. Tütünçülüyün inkişafı ilə bağlı aparılmış müzakirələrdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla birinci növ yaş tütünün bir kiloqramını 25 qəpiyə (2015-ci ildə 1 kiloqram üçün 16 qəpik), ikinci növü yaş tütünün bir kiloqramını 15 qəpiyə (2015-ci ildə 1 kiloqram üçün 8 qəpik) qəbul ediləcəyini bildiriblər".

Mütəxəssislər isə hesab edir ki, Azərbaycanın torpaq iqlim şəraiti keyfiyyətli tütün istehsal etməyə imkan verir. Artıq ölkəmizə yeni tütün sortları gətirilib və torpağa adaptasiya edilib. Azərbaycan istehsala üstünlük verməklə tütünü daha ucuz qiymətə əldə edə bilər. Bununla yanaşı, ölkəmiz ucuz məhsul istehsal edə və qonşu ölkələrə də ixrac edə bilər. Bəzi ölkələrin iqlim şəraiti tütün istehsalı üçün əlverişli deyil. Azərbaycan tütün istehsalı ilə məşğul olmaqla əldə etdiyi məhsulları həm xammal kimi, həm də hazır məhsul kimi dünya bazarına çıxara bilər. Bununla da əlavə gəlir əldə etmək mümkün olar. 

Azərbaycanın yerli istehsala üstünlük verməsindən sonra ölkəmizdə tütün məhsullarının qiymətinin xeyli dərəcədə ucuzlaşacağını güman etmək olar. Əlbəttə ki, Azərbaycan siqareti idxal yox, istehsal etsə o zaman qiymətlər hazırkı rəqəmlərdən dəfələrlə aşağı olacaq. Bununla yanaşı, aldığımız siqaret həm keyfiyyətli, həm də ucuz olacaq.  

Şahin Həbibov

BAKU.WS

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 May 2026 04:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri