Icma.az
close
up
RU
Azərbaycan uğurlu bir şəkildə torpaqlarını minalardan təmizləyir

Azərbaycan uğurlu bir şəkildə torpaqlarını minalardan təmizləyir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

4 Aprel Beynəlxalq Minatəmizləmə Günü kimi qeyd olunur. Bu gün 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə təsis edilib. Bu günün qeyd olunmasının əsas məqsədi müharibə və münaqişə zonalarında minaların yaratdığı təhlükələrə diqqət çəkmək və minatəmizləmə fəaliyyətlərinə dəstək verməkdir.

Azərbaycanın bu sahədə mühüm çalışmaları var. 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində məqsədyönlü şəkildə 1,5 milyon mina basdırılıb. Bu minalar azad edilmiş torpaqların təhlükəsizliyini təmin etməyi, bərpa və quruculuq işlərini əhəmiyyətli dərəcədə çətinləşdirir. Ermənistanın təqdim etdiyi mina xəritələrinin yalnız 25%-ə qədər dəqiq olması bu prosesin effektivliyinə mane olur və minatəmizləmə fəaliyyətlərini ləngidir. 

Bununla yanaşı, minatəmizləmə işləri iqtisadi inkişaf və məcburi köçkünlərin öz yurdlarına qayıdışı üçün zəruri şərtlərdən biridir. Minatəmizləmə yalnız humanitar bir missiya deyil, həm də uzun illər sonra doğma torpaqlara geri dönmək arzusunun reallaşdırılması və yenidənqurma üçün vacib addımdır. Azərbaycan bu problemin öhdəsindən gəlmək üçün həm öz resurslarını, həm də beynəlxalq tərəfdaşlarının dəstəyini uğurla səfərbər edir. 

Mövzu ilə bağlı Xalq qəzetinə açıqlama verən Cross Media Təhlil Mərkəzinin analitiki, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü ilk olaraq bildirib ki, bu, bütün dünya üçün xüsusilə də Azərbaycan üçün  olduqca önəmli bir məsələdir:

“Azərbaycan bu problemdən ciddi şəkildə əziyyət çəkir.  İllərdir ermənilər tərəfindən çirkləndirilmiş ərazilərə sahibiyik. Bu basdırılmış minalar yüzlərlə vətəndaşımızın həlak olmasına, hərbçilərimizin şəhid olmasına, insanlarımızın yaralanmasına və şikəst olmasına səbəb olub. Bu mina problemi səbəbindən işğaldan azad olunmuş ərazilərimizdə sürətli şəkildə quruculuq və bərpa işləri aparma bilmirik.

Bu, bütün dünya üçün, xüsusilə də Azərbaycan üçün olduqca önəmli bir məsələdir:

“Azərbaycan bu problemdən ciddi şəkildə əziyyət çəkir. İllərdir ermənilər tərəfindən çirkləndirilmiş ərazilərə sahibik. Bu basdırılmış minalar yüzlərlə vətəndaşımızın həlak olmasına, hərbçilərimizin şəhid olmasına, insanlarımızın yaralanmasına və şikəst olmasına səbəb olub. Bu mina problemi səbəbindən işğaldan azad olunmuş ərazilərimizdə sürətli şəkildə quruculuq və bərpa işləri aparmağı bilmirik”.

Ən diqqətçəkən məqam isə bu problemi dünyanın aparıcı təşkilatlarının və ölkələrinin görməzdən gəlməsidir:

“Ermənistanın törətdiyi dəhşətli mina faciəsi ilə nəticələnən məsələlərə lazımi əhəmiyyət verilməməsi təəssüf doğurur. Türkiyə, Pakistan, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi dost ölkələr və qurumlar istisna olmaqla, beynəlxalq təşkilatlar, o cümlədən BMT, bu məsələyə kifayət qədər diqqət göstərmir. Halbuki, piyadalar əleyhinə minaların geniş istifadəsi dünyada ciddi narahatlıq doğuran və diqqətdə saxlanılan bir mövzudur. Azərbaycanın bu önəmli məsələsinə belə önəmsiz münasibət göstərilməsi təəssüf doğurur. Lakin bu çətinlik bizi hədəflərimizdən yayındıra bilməz və yayındırmır. Necə ki, torpaqlarımızı özümüz işğaldan azad etdik, erməni işğalçılarından azad etdik, indi də həmin torpaqları erməni işğalçılarının basdırdığı minalardan təmizləyirik. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərini sürətlə həyata keçiririk və böyük çalışmalar var. İnanıram ki, Azərbaycan bu problemin öhdəsindən uğurla və layiqincə gələcək. Biz daha güclü bir Azərbaycan qurmağa doğru irəliləməyə davam edəcəyik”,- deyə M.Göyüşlü fikrini yekunlaşdırıb.

Anar ƏLİ,
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri