Icma.az
close
up
RU
İtalyan makaronunun dünyanı fəth etməsinin maraqlı tarixçəsi KONKRET

İtalyan makaronunun dünyanı fəth etməsinin maraqlı tarixçəsi KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Maraqlıdır ki, makaronun İtaliyada geniş yayılmasına bir neçə mühüm amil səbəb olub.

İlk növbədə, ölkənin isti və quru iqlimi makaronun istehsalı üçün əlverişli şərait yaradırdı. Belə havada makaronu açıq havada, küləyin köməyi ilə asanlıqla qurutmaq mümkün idi.

Digər mühüm amil bərk buğda sortlarını üyütmək üçün çoxsaylı dəyirmanların mövcudluğu idi.

Lakin ən vacib səbəblərdən biri quru makaronun dəniz ticarəti üçün son dərəcə əlverişli olması idi. Tez bayatlayan çörəkdən və qısa müddətdə xarab olan təzə pastadan fərqli olaraq, qurudulmuş makaronu aylarla saxlamaq və uzaq məsafələrə daşımaq mümkün idi.

Əvvəlcə makaron kasıbların yeməyi hesab olunurdu. Onun hazırlanması üçün cəmi bir neçə ərzaq lazım idi: un, su və bəzən yumurta.

Neapol küçələrində nəhəng qazanlarla isti makaron satan səyyar satıcılara rast gəlmək adi hal idi. Yoldan keçənlər pendirlə səpilmiş bir porsiya makaron alır və elə küçənin ortasındaca yeyirdilər. Çox vaxt bunu əlləri ilə edirdilər. Hətta Burbonlar sülaləsindən olan IV Ferdinand da makaronu çox sevirdi və onu əlləri ilə yeyirdi.

Lakin zaman keçdikcə bu yeməyin cəmiyyətdəki mövqeyi dəyişdi. Makaron artıq yalnız kasıbların süfrəsini bəzəmirdi, tədricən aristokrat ailələrin də mətbəxinə daxil olurdu.

Onun varlı təbəqə arasında populyarlaşmasında çəngəlin də mühüm rolu oldu. Məhz Neapolda çəngəlin konstruksiyası təkmilləşdirildi, ona dördüncü diş əlavə edildi. Bu yenilik uzun makaron növlərini çəngələ dolamağı və yeməyi xeyli asanlaşdırdı.

Daha sonra Avropaya Amerikadan pomidor gətirildi. Əvvəlcə avropalılar bu tərəvəzə şübhə ilə yanaşır, onu əsasən dekorativ bitki kimi yetişdirir, hətta zəhərli hesab edirdilər.

Lakin pomidorun dadına baxıldıqdan sonra onun makaronla mükəmməl uyğunlaşdığı məlum oldu. Bu iki məhsulun birliyi əsl kulinariya uğuruna çevrildi: makaron doyurucu və kalorili, pomidor isə yeməyə xüsusi dad, turşuluq və şirəlilik verirdi.

Üzərinə zeytun yağı, sarımsaq, reyhan və pendir də əlavə edildikdə, həm ucuz, həm doyumlu, həm də olduqca ləzzətli yemək alınırdı.

Nəhayət, italyanların dünyanın müxtəlif ölkələrinə kütləvi miqrasiyası makaronun qlobal miqyasda yayılmasına və beynəlxalq mətbəxin ayrılmaz hissəsinə çevrilməsinə böyük təkan verdi.

Beləliklə, bu gün bütün dünyada sevilən italyan makaronu sadəcə bir yemək deyil, iqlimin, ticarətin, texnoloji yeniliklərin və miqrasiya tarixinin yaratdığı böyük kulinariya mədəniyyətidir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Noyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri