Icma.az
close
up
RU
Azərbaycan Universiteti ilə Özbəkistanın İctimai və Siyasi Fənlər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Universiteti ilə Özbəkistanın İctimai və Siyasi Fənlər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Universiteti beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməyə və dərinləşdirməyə davam edir. Universitet son illərdə Özbəkistanın ali təhsil müəssisələri ilə də əməkdaşlıq müqavilələri imzalayır, birgə elmi tədbir və layihələr həyata keçirir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, qardaş ölkənin daha bir ali təhsil müəssisəsi ilə əməkdaşlıq istiqamətində ilk addımlar atılıb. Belə ki, Özbəkistanın İctimai və Siyasi Fənlər İnstitutunun rektoru Muzafar Mamayusupovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Universitetini ziyarət edib. Qonaqlar universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva ilə görüşüb, universitetin tədris binası, maddi-texniki bazası, auditoriya, mərkəz və laboratoriyaları ilə tanış olublar.

Tərəflər arasında keçirilən görüşdə rektor Səadət Əliyeva nümayəndə heyətinə rəhbərlik etdiyi təhsil müəssisəsi barədə ətraflı məlumat verib, təhsil, tədqiqat, infrastruktur, beynəlxalq əlaqələr və əməkdaşlıq ilə bağlı hədəflərini açıqlayıb.

Qonaq rektor Muzafar Mamayusupov, öz növbəsində, İctimai və Siyasi Fənlər İnstitutundan bəhs edib, ali təhsil ocaqları arasında əməkdaşlığın hər gün daha da inkişaf edən və zənginləşən Azərbaycan-Özbəkistan əlaqələrinə yeni töhfə olacağını bildirib.

Mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsinin də aparıldığı görüşün sonunda Anlaşma Memorandumu imzalanıb.

Sənədi rektorlar Səadət Əliyeva və Muzafar Mamayusupov imzalayıblar. Memorandumda qarşılıqlı maraq doğuran məsələlər öz əksini tapıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri