Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Azərbaycan Universitetində tələbə hüquqları pozulur ŞİKAYƏT VAR

Azərbaycan Universitetində tələbə hüquqları pozulur ŞİKAYƏT VAR

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Universitetinin magistratura səviyyəsi üzrə təhsil alan tələbəsindən saytımıza şikayət daxil olub. Belə ki, şikayətçi Firuzə Əliyeva universitetin imtahan sessiyalarında qiymətləndirmə prosesinin qeyri-şəffaf aparıldığını iddia edib.

Onun sözlərinə görə, tələbə bu semestr apellyasiyada haqsızlıqla üzləşib. Belə ki, 50 bal ilə daxil olduğu imtahandan 40 bal toplayan F.Əliyeva balının artırılması üçün apellyasiyaya müraciət edib. Müraciət əsasında işi yoxlayan müəllimlə yenidən cavaba baxış keçirilib. Həmin müddətdə kafedra müdiri və apellyasiya rəhbəri də bu prosesə şahidlik edib. Müəllim artıq bal kəsdiyini etiraf edərək 1 bal artırılması qərarına gəlib, müraciət rektorluğa yönləndirilib. Lakin müəllim bal artımını əsaslandıra bilmədiyi səbəbi ilə rektorluqdan imtina gəlib. Bundan sonra tələbə rektora yenidən müraciət edib və yenə ərizəsinə rədd cavabı gəlib.

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsil səviyyəsində tətbiq olunan qiymətləndirmə və apellyasiya mexanizmlərinin məqsədi tələbənin bilik və bacarıqlarının obyektiv dəyərləndirilməsini təmin etmək, imtahan prosesində yol verilmiş texniki və ya metodiki səhvlərin aradan qaldırılmasına şərait yaratmaqdır. 

Onun sözlərinə görə, Azərbaycan Universitetində magistr təhsili alan tələbənin qarşılaşdığı hal göstərir ki, mövcud prosedurlar praktikada çox zaman formallıq səviyyəsində qalır, tələbənin hüquqları faktiki olaraq təmin edilmir, qərarların qəbulunda subyektivlik və idarəçi iradəsi həlledici rol oynayır.

Mütəxəssis nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 fevral 2010-cu il tarixli, 31 nömrəli qərarı ilə təsdiqlənmiş “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 4.13-cü bəndinə əsasən, imtahan nəticələrindən narazı olan tələbə apellyasiya komissiyasına müraciət etmək hüququna malikdir:

“Həmin komissiya tələbənin imtahan işinə yenidən baxmalı, müstəqil və obyektiv qərar verməlidir. Bu qərar əsasında tələbənin balı dəyişdirilə və ya əvvəlki kimi saxlanıla bilər. Əgər müəllim özü işin səhv yoxlandığını etiraf edirsə, bu, artıq akademik dəyərləndirmə baxımından dəyişiklik üçün yetərli əsasdır. Əgər bu etiraf rəsmi apellyasiya iclası zamanı, kafedra müdiri və komissiya rəhbərinin iştirakı ilə baş veribsə, bu zaman məsuliyyət rektorun deyil, komissiyanın qərarına hüquqi əsas verməli olan institutun üzərinə düşür.

Təəssüf ki, bir çox hallarda apellyasiya qərarlarının tətbiqi ali məktəb rəhbərliyinin şəxsi baxış və yanaşmalarına bağlanır. Bu isə hüquqi baxımdan düzgün deyil. “Təhsil haqqında” Qanunun 19.1-ci maddəsində göstərilir ki, təhsil alanların hüquqları sırasında qiymətləndirmənin obyektiv və şəffaf şəkildə aparılması, ədalətsizliyə qarşı hüquqi müdafiə imkanlarından istifadə etmək də yer alır. Əgər tələbənin apellyasiya nəticəsi obyektiv şəkildə əsaslandırılıbsa, həmin qərarın tətbiq olunmaması tələbənin hüququnun pozulması, ali təhsil müəssisəsinin vəzifə səlahiyyətlərindən kənara çıxması deməkdir”.

K.Əsədov qeyd edib ki, bu kimi hallar təkcə fərdi haqsızlıq deyil, ümumi akademik mədəniyyətin pozulmasıdır:


“2022-ci ildə Təhsil İnstitutu tərəfindən keçirilmiş anonim sorğulara əsasən, magistratura səviyyəsində oxuyan tələbələrin 36 faizi imtahan qiymətlərinin obyektiv olmadığını, 19 faizi isə apellyasiya hüququndan istifadə etsələr də, nəticə ala bilmədiklərini bildirib. Bu, ali təhsildə inamsızlıq və hüquqi mexanizmlərin işləməməsi ilə bağlı real narahatlığı ortaya qoyur”.

Ekspert bildirib ki, beynəlxalq təcrübədə apellyasiya mexanizmləri təkcə hüquqi yox, həm də etik baxımdan ciddi şəkildə qorunur:

“Məsələn, Almaniya universitetlərində tələbənin imtahan nəticəsinə etiraz etdiyi halda iş yenidən fənn üzrə müstəqil ekspert komissiyası tərəfindən yoxlanılır, bu zaman nə müəllim, nə də rəhbərlik prosesə müdaxilə edə bilir. İngiltərədə isə tələbənin qiymətinə dəyişiklik barədə qərar fakültə akademik komitəsi tərəfindən protokolla qəbul olunur və qərarın rədd edilməsi mümkün deyil, yalnız əlavə əsasla yeni baxış tələb oluna bilər. Avstraliyada isə tələbə apellyasiya qərarından da narazıdırsa, universitetin tələbə hüquqları ombudsmanına müraciət edə bilir və bu qurumun qərarı hüquqi baxımdan icbari xarakter daşıyır. Azərbaycan universitetlərində isə bu mexanizmlərin ya olmaması, ya da tətbiq olunmaması nəticəsində tələbə haqlı olduğu halda belə hüquqlarını təmin edə bilmir”. 

O, vuruğulayıb ki, əgər bir müəllim balın səhv hesablandığını etiraf edir, məsələni düzəltmək istədiyini bildirir, lakin rəhbərlik “1 balın səbəbi əsaslandırılmayıb” deyə qərarı rədd edirsə, bu, həm hüquqi, həm də məntiqi ziddiyyət yaradır. Hər hansı bir elmi-pedaqoji əsasla deyil, şəxsi münasibət və reputasiya qoruma düşüncəsi ilə belə qərarların qəbul edilməsi ali təhsilin məzmunundan çox idarəetmə təfəkkürünün böhranını göstərir.

K.Əsədovun fikrincə, bu praktikanın dəyişməsi üçün ilk növbədə ali təhsil müəssisələrində apellyasiya qərarlarının icrası məcburi xarakter daşımalıdır:

“Əgər apellyasiya komissiyası yekdil qərar veribsə və bu qərar protokolla təsbit olunubsa, onun icrası istənilən rəhbər tərəfindən mütləq təmin olunmalıdır. Eyni zamanda, rektordan sonra ikinci instansiya kimi Elm və Təhsil Nazirliyinin nəzdində Apellyasiya Şurası yaradılmalı və tələbə müraciətləri burada təkrar araşdırıla bilməlidir.

Əgər bu mexanizmlər tətbiq olunarsa, tələbənin təhsil motivasiyası artacaq, müəllim- tələbə münasibətləri şəffaflaşacaq, universitetin daxili idarəetməsinə və qiymətləndirməsinə olan etimad bərpa olunacaq. Əks halda, bir balın belə haqsız şəkildə verilməməsi yüzlərlə tələbənin öz hüquqlarını itirməsinə, akademik sistemə inamsızlığın dərinləşməsinə səbəb olacaq. Haqqın tanınmadığı bir yerdə təhsilin keyfiyyətindən danışmaq mümkün deyil. Təhsil ədalətlə var olur, idarəçilik isə bu ədalətin zəmanətidir”.

Fidan Hacızadə
Sfera.az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 İyul 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri