Icma.az
close
up
RU
“Azərbaycan dünya universitetləri reytinqində möhtəşəm nəticələr nümayiş etdirir”

“Azərbaycan dünya universitetləri reytinqində möhtəşəm nəticələr nümayiş etdirir”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Dünyanın ən yaxşı universitetlərinin reytinqində iştirak edən Azərbaycan ali məktəblərinin sayının üçdən doqquzadək artması fonunda Azərbaycanın ali təhsili təsirli dinamika nümayiş etdirir. Doqquz Azərbaycan Universiteti dünyanın ən yaxşı universitetlərinin yeni reytinqinə daxil olub. Onlardan altısı reytinqdə debüt edir, digər üç universitet isə cari reytinq dövründə milli ali təhsil sisteminin parlaq nəticələrini nümayiş etdirərək keçən ilki mövqelərini yaxşılaşdırır. Bakı Dövlət Universiteti dünyanın ən yaxşı ali məktəblərinin reytinqində 688-ci pilləyə qalxaraq reytinqə daxil olan ölkə ali məktəbləri arasında ən yüksək mövqeyini qoruyub saxlayır”. 

“Qafqazinfo” xəbər verir ki, Bu barədə “Azərbaycan müəllimi”nə dünyanın nüfuzlu reytinq təşkilatı olan “QS Quacquarelli Symonds” şirkətindən daxil olan məlumatda qeyd olunur. 

Reytinqdə təmsil olunan 106 ölkə və ərazi arasında Azərbaycan iştirakçıların sayına görə ikici yeri İordaniya ilə bölüşür. Ümumiyyətlə, Özbəkistan və Oman Azərbaycanın təsirli nəticələrindən bir az geridə qalır. Özbəkistan beş universitetin debütü və iki ali məktəbin keçən ilki mövqeyinin yaxşılaşması, Oman 3 universitetin debütü və iki ali məktəbin ötən ilki mövqeyinin yaxşılaşması ilə seçilir.

Bu cədvəldən də göründüyü kimi, reytinq sıralamasında Azərbaycan mövqelərini qoruyub saxlayan, yaxşılaşdıran ölkə kimi təsnif olunur.

“QS Quacquarelli Symonds”un baş vitse-prezidenti Ben Souter Azərbaycanın mövqeyini belə şərh edir:

"Azərbaycan 2026-cı ilin QS Dünya Universitetləri Reytinqində möhtəşəm nəticələr nümayiş etdirir. Ötənilki reytinqdə iştirak edən üç universitetin mövqeyinin yaxşılaşması və ölkənin altı universitetinin reytinqə ilk dəfə daxil olması tamamilə diqqətəlayiq uğurdur".

Yeni reytinqdə iştirak edən Azərbaycan universitetlərinin tədris heyəti və tələbələrin nisbəti güzrə orta göstəricisi 65,1-dir ki, bununla da reytinqə daxil olan ölkələr arasında 11-ci yeri tutur.

Bu göstərici üzrə Sumqayıt Dövlət Universiteti dünya üzrə 58-ci, Bakı Dövlət Universiteti 85-ci yerdə qərarlaşıb, Azərbaycan Texniki Universiteti isə dünyanın ən yaxşı 200 universiteti sırasında 157-ci pillədə yer alıb. Bu, ölkə universitetlərində təhsil mühitinin yüksək keyfiyyətinin əsas üstünlüklərindən biri olduğunu göstərir. 

Ötən ilki reytinqdə iştirak edən Azərbaycan universitetləri akademik reputasiya, işəgötürənlərin reputasiyası, tədris heyəti və tələbə nisbəti, xarici müəllimlərin və tələbələrin payı, həmçinin məzunların nailiyyətləri kimi bir sıra göstəricilər üzrə müsbət dinamika nümayiş etdirirlər.

"Azərbaycan universitetlərinin güclü nəticələrinə baxmayaraq, yeni reytinq onların öz mövqelərinin daha da yaxşılaşdırılması üçün əsas imkanları vurğulayır. Azərbaycanın ali məktəbləri bir sıra istiqamətlər üzrə müsbət dinamikanı artırmağa qadir olduqlarını nümayiş etdirib, eyni zamanda, digər ölkələrin ali məktəbləri ilə mövcud boşluqları azaltmaq üçün strateji məqsədlərə nail olmaq üçün ardıcıl səylərə ehtiyac var", - Ben Sauter bildirir.

“QS Quacquarelli Symonds”un regional direktoru Sergey Xristolyubov Azərbaycanın qlobal reytinqdəki mövqeyini belə şərh edir:

"Bizim flaqman reytinqimizin yeni buraxılışı Azərbaycanın Qafqaz regionunda ali təhsil sahəsində danılmaz liderliyini təsdiqləyir. 2026–cı ildə dünyanın ən yaxşı universitetlərinin reytinqində (QS Dünya universitetləri reytinqləri 2026) Azərbaycan regionun digər iki ölkəsinin ali məktəblərinin ümumi sayından üç dəfə çox ali məktəbə malikdir. Bundan başqa, Azərbaycan bizim institusional reytinqimizdə ali məktəblərin sayını üç dəfə artırıb, ölkənin ali təhsilinin lideri olan Bakı Dövlət Universiteti isə dünyanın ən yaxşı 700 ali təhsil müəssisəsinə daxil olub. Bu uğurlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, habelə Azərbaycan ali təhsil müəssisələrinin rəhbər və ekspertlərinin gündəlik səmərəli sistemli işlərindən xəbər verir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 İyun 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri