Azərbaycan universitetlərində beynəlxalq tələbə coğrafiyası genişlənir
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan ali təhsil müəssisələrində təhsil almağa maraq göstərən əcnəbi tələbələrin coğrafiyası genişlənir.
Dünyanın müxtəlif ölkələrindən olan tələbələr yeni tədris ilində təhsillərini Azərbaycan universitetlərində davam etdirmək üçün ölkəmizə gəlirlər. Onların sırasında fərqli regionları və mədəniyyətləri təmsil edən gənclər yer alır.
Newscenter.az Elm və Təhsil Nazirliyinə istinadən bildirir ki, son illərdə Azərbaycan ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayında artım müşahidə olunur. Bununla yanaşı, ölkəmizdə təhsil almağa maraq göstərən ölkələrin coğrafiyası da genişlənir.
Azərbaycan universitetlərinin beynəlxalq əməkdaşlığının inkişafı, müxtəlif ixtisas və proqramlar üzrə təhsil imkanlarının genişlənməsi, eləcə də xarici tələbələr üçün yaradılan imkanlar Azərbaycanın ali təhsil istiqaməti kimi tanınmasına töhfə verir.
“Study in Azerbaijan” çərçivəsində də Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq auditoriyaya təqdim olunması və ölkəmizin xarici tələbələr üçün təhsil istiqaməti kimi tanıdılması istiqamətində fəaliyyət davam etdirilir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Əməkdaşlığın coğrafiyası genişlənir
04 İyun 2025 11:57
Əməkdaşlıq coğrafiyası genişlənir
05 Fevral 2026 09:58
Qaz təchizatının coğrafiyası genişlənir
08 Aprel 2025 11:21
Turizm məkanlarının coğrafiyası genişlənir
06 Avqust 2025 16:32
Kəndin ixrac coğrafiyası genişlənir
01 Dekabr 2024 08:03
Baxış sayı:140
Bu xəbər 08 Sentyabr 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















