“Azərbaycan Uşaqları” İctimai Birliyi ali təhsil müəssisələri ilə əməkdaşlıq edəcək AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 16 yanvar, AZƏRTAC
“Azərbaycan Uşaqları” İctimai Birliyinin əməkdaşları Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Biznes Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Universiteti və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində görüşlər keçiriblər.
Bu barədə AZƏRTAC-a İctimai Birlikdən bildirilib. Məqsəd ikitərəfli əməkdaşlığın həyata keçirilməsi, İctimai Birliyin təcrübə proqramları haqqında tələbələrin məlumatlandırılmasıdır.
Qeyd edək ki, “Azərbaycan Uşaqları” İctimai Birliyi davamlı olaraq dövlət və özəl ali təhsil müəssisələri, kolleclər ilə tələbələrin inkişaf etdirilməsi istiqamətində təcrübə mübadiləsi aparır. Təcrübə müddəti ərzində tələbələr İctimai Birliyin ixtisaslı mütəxəssisləri tərəfindən praktiki və nəzəri biliklər əldə edir.
Görüşlərin digər dövlət ali və özəl təhsil müəssisələri ilə də keçirilməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 16 Yanvar 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















