Icma.az
close
up
RU
Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib AZƏRTAC

Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) İctimai Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

ATFF-dən AZƏRTAC-a verilən məlumata görə, qurumun prezidenti Firudin Qurbanov tələbə futbolunun 2024-cü il mövsümünün yekunlarına dair danışıb, gündəlikdə duran əsas məsələlər barədə fikirlərini bildirib, federasiyanın 2021-2025-ci il İnkişaf Konsepsiyasının icrası ilə bağlı zəruri məsələlərə toxunub, tələbə futbolunda görülmüş işləri və həyata keçirilməsi vacib olan tədbirləri qeyd edib.O, hesabat ilində Azərbaycan Tələbə Liqasının 2023/2024-cü illər mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası Macarıstanın Debretsen şəhərində tələbələr arasında keçirilən 5-ci Avropa Universitet Oyunlarında 5-ci yerə layiq görüldüyünü qeyd edib.

Komanda Macarıstan (16:1), Almaniya (5:1), Polşa (4:1), Fransa (6:1) və Çexiya (7:4) təmsilçilərini məğlub edib. Çempionatın qalibi İspaniya komandası ilə 1/4 finalda 3:3 hesabı ilə bərabərlik əldə edib və penaltilər seriyasında məğlub olub.

Sonra ATFF İctimai Birliyinin icraçı direktoru Elnur Abdullayev 2024-cü il ərzindəki fəaliyyət haqqında Federasiyanın hesabatını təqdim edib, baş katib Lətif Novruzov Azərbaycan Tələbə Liqasının ötən ildəki fəaliyyətinin yekunu barədə məlumat verib.

İcraiyyə Komitəsinin üzvləri gündəlikdə duran cari məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Azərbaycan Tələbə Liqasının vəziyyəti, liqanın ölkədə tələbə futbolunun inkişafında əhəmiyyətindən danışılıb. Müzakirələr zamanı növbəti illər üçün tələbələr arasında keçiriləcək beynəlxalq yarışlara ali təhsil müəsissələrinin komandalarının iştirakının əhəmiyyəti diqqətə çatdırılıb.

Sonda Azərbaycan Tələbə Futbol Federasiyasının tələbələrdən ibarət komandanın iyul ayında Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək futzal üzrə tələbələr arasında Avropa çempionatında iştirakı üçün hazırlıq işlərinə başlanılması qərara alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Yanvar 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri