“Azərbaycan Uşaqları İctimai Birliyi ilə Seyşelin Vətəndaş İştirakçılığı Platforması əməkdaşlıq edəcək
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 1 may, AZƏRTAC
Qlobal Cənub QHT Platformasının Təsis Forumu çərçivəsində "Azərbaycan Uşaqları" İctimai Birliyi ilə Seyşelin Vətəndaş İştirakçılığı Platforması arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, Memorandum təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın tənzimlənməsi, sosial, ictimai və strateji sahələrdə layihələrin həyata keçirilməsi və birgə fəaliyyətlərin təşviqi məqsədilə bağlanılıb.
Əməkdaşlıq çərçivəsində əsas prioritetlərə bir sıra məsələlər daxil olacaq: cəmiyyətin sosial, mədəni və iqtisadi inkişafına yönəlmiş layihələrin təşkili və icrası, regionlarda sosial problemlərin həllinə yönəlmiş icma əsaslı təşəbbüslərə dəstək, qeyri-hökumət təşkilatlarının institusional inkişafına yardım məqsədilə təlim və seminarların təşkili, vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq təcrübəyə əsaslanan layihələrdə iştirakının təmin edilməsi, gənclər arasında liderlik bacarıqlarının inkişafına yönəlmiş xüsusi proqramların həyata keçirilməsi.
Tərəflər əməkdaşlıq çərçivəsində layihələrin effektivliyini artırmaq məqsədilə öz resurs və təcrübələrini səfərbər edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 01 May 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















