Icma.az
close
up
RU
Azərbaycan Türk dünyasının birliyi istiqamətində yeni əməkdaşlıq imkanları formalaşdırır ŞƏRH AZƏRTAC

Azərbaycan Türk dünyasının birliyi istiqamətində yeni əməkdaşlıq imkanları formalaşdırır ŞƏRH AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsi üçün yeni əməkdaşlıq imkanları formalaşdırır, ölkələrimizi yeni bağlarla birləşdirir. Bu baxımdan COP29 çərçivəsində noyabrın 13-də Bakıda Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Türk dünyasının birliyinin möhkəmlənməsinə mühüm töhfə verir. Mərkəzi Asiya və Qafqaz regionlarında nəqliyyat, ticarət, energetika, qarşılıqlı investisiya sahələri üzrə əməkdaşlıq və inteqrasiya prosesləri genişlənir. Türkdilli ölkələrin gündəliyində yaşıl enerji sektorunun inkişaf etdirilməsi prioritetlərdən biri kimi qeyd olunub və onların yaşıl keçidlə qlobal çağırışların icrasında məsuliyyətli tərəfdaşlar olduğunu nümayiş etdirir. İmzalanmış sazişlə Mərkəzi Asiya, Qafqaz və Avropa Qara və Xəzər dənizlərinin dibi ilə çəkiləcək yaşıl kabellə birləşdiriləcək. Enerji ixrac marşrutlarının formalaşması ölkələrimizin yaşıl enerjiyə keçid prosesini sürətləndirəcək. Çünki etibarlı bazar və ixrac marşrutları olmadan istehsal güclərinin genişləndirlməsinin əhəmiyyəti bir o qədər də böyük olmur. Bu baxımdan imzalanmış saziş ölkələrimizin yaşıl enerjiyə keçidin sürətlənməsinə yeni bir impuls verəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, Azərbaycandan Avropaya bərpaolunan enerji resurslarımızın ixracı ilə bağlı Qara dənizin dibi vasitəsilə çəkiləcək yaşıl enerji marşrutunun texniki hesabatlarının hazırlanması prosesi yekunlaşdıqdan sonra tikinti işlərinə başlanılacaq. Noyabrın 13-də üç qardaş ölkə arasında imzalanmış yeni saziş isə həmin marşrutun Mərkəzi Asiya ölkələrinə qədər uzanmasına yol açacaq. Bu gün ölkələrimiz tarixi sənədlərə imzalar atmaqla gələcək nəsillər üçün əməkdaşlıq imkanlarının yeni təməllərini qoydu. Bu təməllər bizi sarsılmaz birliyə və qardaşlığa aparacaq.

“Türk Dövlətləri Təşkilatı (TDT) dünya nizamında yeni iqtisadi, siyasi güc kimi özünü təsdiq edir. Təbii ki, çaşqınlıq içində qalan bugünkü dünya nizamında soykökü, dili, dini, mədəniyyətləri və tarixi kökləri bir-birinə bağlı ölkələr arasında dostluq, əməkdaşlıq və qardaşlığın möhkəmlənməsi vacibdir. Prezident İlham Əliyev bu il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində demişdi: “Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinə ilk qardaşlıq hədiyyəsini verən də məhz Özbəkistan və Qazaxıstan olub. Üç qardaş ölkə imzaladığı yeni sazişlə bu əlaqələri daha da möhkəmləndirdi. Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsi istiqamətində verdiyi yeni təkliflər və səylər təşkilatın gücünü artırır. TDT vahid güc kimi formalaşmalıdır. Bu təşkilatda təmsil olunan ölkələr əməkdaşlıq imkanlarının bütün potensialından səmərəli şəkildə istifadə etməlidir. Çünki Türk dünyası Mərkəzi Asiyadan Avropaya qədər böyük bir coğrafiyanı əhatə edir. Bu coğrafiya təbii resurslarla zəngin olduğundan və beynəlxalq logistika marşrutları üzərində yerləşdiyindən həmişə böyük güclərin marağında olub. Həmin dairələr hər zaman Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda sabitliyi pozmaqla dövlətlərimizin güclənməsinə mane olmağa çalışıblar. Belə səylər bu gün də davam etməkdədir. Ona görə də yaşadığımız tarixi çətinlikləri gözümüzün önünə gətirməli və coğrafiyamızda sabitliyin qorunmasına və iqtisadiyyatın inkişafına çalışmalıyıq. Bunun ən düzgün yolu Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlıq imkanlarını genişləndirməklə birliyimizi möhkəmləndirməkdir. Biz nəinki iqtisadi və humanitar sahələrdə əməkdaşlığı genişləndirməliyik, həm də vahid hərbi güc formalaşdırmalıyıq. Belə olan halda düşmənlər heç vaxt bizim milli maraqlarımıza qarşı öz çirkin niyyətlərini həyata keçirə bilməzlər”, - deyə deputat əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri