Azərbaycan üzgüçüsü: III MDB Oyunlarında medal qazandığım üçün çox xoşbəxtəm
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Gəncə, 28 sentyabr, AZƏRTAC
MDB Oyunlarında medal qazandığım üçün çox xoşbəxtəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri III MDB Oyunlarının Gəncədə təşkil edilən üzgüçülük yarışında bürünc medal qazanan Azərbaycan təmsilçisi Mehri Əbdürrəhmanlı deyib.
100 metr məsafəyə “butterfly” (kəpənək) üslubunda üzmədə üçüncü olan idmançı gələcək yarışlarda da uğurlu nəticə qazanmaq istədiyini bildirib: "Burada iştirak etmək böyük təcrübədir. Atam Rəşad Əbdürrəhmanlı da mənə dəstək oldu. Mükafatları verənlərdən biri də o idi. Ona təşəkkür edirəm".
Qeyd edək ki, digər təmsilçimiz Anastasiya Qnussina isə 800 metr məsafəyə sərbəst üzmə yarışında dördüncü yerlə kifayətlənib və mükafatçılar sırasına düşə bilməyib.
Bu mövzuda digər xəbərlər:III MDB Oyunları: Azərbaycan üzgüçüsü üçüncü oldu
28 Sentyabr 2025 10:50
Azərbaycan üzgüçüsü: MDB Oyunlarında layiqli mübarizə ilə fəxri kürsüdə yer aldıq
28 Sentyabr 2025 14:04
MDB Oyunları: Azərbaycan üzgüçüsü qızıl medal qazanıb
02 Oktyabr 2025 10:39
III MDB Oyunlarında Azərbaycan karateçiləri yarışlara çıxır
02 Oktyabr 2025 17:16
Şpaqa üzrə Azərbaycan millisi III MDB Oyunlarında gümüş medal qazanıb
07 Oktyabr 2025 14:01
Baxış sayı:47
Bu xəbər 28 Sentyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















