Icma.az
close
up
RU
Azərbaycan Vatikan: dostluq və qarşılıqlı əməkdaşlıq TƏHLİL

Azərbaycan Vatikan: dostluq və qarşılıqlı əməkdaşlıq TƏHLİL

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkəmiz müstəqil dövlət olaraq, dünyanın bir çox ölkələri ilə yanaşı, katolik xristianlarının mərkəzi sayılan Vatikan dövləti ilə də diplomatik münasibətləri yüksək səviyyədə qurub. İkitərəfli münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Ulu Öndər Heydər Əliyevin 1997-ci il sentyabrın 26-da Vatikana rəsmi səfəri və Roma papası II İohann Pavellə görüşü bu əlaqələrin dərinləşməsində və möhkəmlənməsində mühüm rol oynayıb. 2002-ci ildə Vatikan dövlətinin başçısı, Roma Papası II İohann Pavelin, ilk dəfə olaraq, Azərbaycana rəsmi səfəri zamanı Ulu Öndər Vatikan rəhbərini dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün bəşəriyyətin dostu və dünya vətəndaşı adlandırmışdı. II İohann Pavel isə Azərbaycanı Şərq ilə Qərbin arasında qapı olan bir məkan kimi xarakterizə etmişdir.

Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin fevralında İtaliyaya rəsmi səfəri zamanı Vatikanda olması ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə töhfəsini vermiş oldu. 2008-ci ildə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Tarçiziyo Bertone Azərbaycana səfər etməsi bu əlaqələrin davamlığına dəlalət edir.

Mövcud əlaqələrin inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri də müstəsnadır.

Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında anlaşma memorandumunun imzalanması imzalanıb. Sənədin məqsədi elm və tədqiqat sahəsində birbaşa əməkdaşlıq və təcrübə mübadiləsini dəstəkləmək, həmçinin Vatikan arxivlərində Azərbaycan tarixi ilə bağlı sənədlərin araşdırılması, qorunması və rəqəmsallaşdırılmasını təmin etməkdir.

1475-ci ildə təsis edilən Vatikan Apostol Kitabxanası dünyanın ən qədim və nüfuzlu elmi mərkəzlərindən biri hesab olunur. Zəngin fonduna nadir əlyazmalar, inkunabullar, qədim xəritələr və müxtəlif dillərdə dəyərli nəşrlər daxil olan bu kitabxana yalnız ixtisaslaşmış tədqiqatçılar üçün açıqdır. Vatikan Apostol Arxivi isə 1612-ci ildə Papa V Pavelin fərmanı ilə kitabxanadan ayrılaraq müstəqil qurum kimi formalaşıb. Burada Müqəddəs Taxt-Tacın əsrlər boyu apardığı diplomatik yazışmalar, papaların fərmanları, inzibati qeydiyyatlar və digər rəsmi sənədlər qorunur. Arxiv bu gün dünya üzrə ən mühüm və tədqiqatçılar üçün qiymətli olan tarixi mənbələrdən biri kimi tanınır.

"İLK MÜSƏLMAN ÖLKƏSİNİN SƏRGİSİ, MƏHZ AZƏRBAYCAN SƏRGİSİ İDİ"

Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın Müqəddəs San-Marçellinio və Pietro katakombaları əsaslı təmir və bərpa edilmişdir. 2012-ci ildə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilmişdir. Bu Vatikanda ilk müsəlman ölkəsinin sərgisi idi.

2016-cı il 2 oktyabr tarixində katoliklərin lideri Roma Papası Fransiskin Azərbaycana səfəri dinlərarası, məzhəblərarası toqquşmaların baş verdiyi bir dönəmdə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu, Vatikan başçısının Azərbaycana ikinci səfəri idi. Vatikan başçıları, adətən, əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfərlər etmirlər. Lakin Azərbaycan istisnadır. Azərbaycanda katoliklərin sayının, bir neçə yüz nəfər olmasına baxmayaraq, respublikamızda hökm sürən dini sabitlik Vatikan tərəfindən də maraqla qarşılanır. Prezident İlham Əliyev Roma Papasının Azərbaycana məlum səfərini tarixi hadisə adlandırmışdır. Dövlət başçısı bu səfərin Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəyini qeyd etmişdi: "Bu səfər bütün bəşəriyyət üçün önəmlidir. Çünki bu səfər, bir də onu göstərir ki, sivilizasiyalararası dialoq yaşayır, davam edir, güclənir və biz çalışırıq ki, bu dialoqa yeni təkan verək... 2012-ci ildə diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Vatikan muzeylərində Azərbaycan sərgisi keçirilib. İlk müsəlman ölkəsinin sərgisi, məhz Azərbaycan sərgisi idi".

Papa Fransisk isə çıxışında ölkəmizdə hökm sürən tolerantlığa xüsusi toxunmuş, müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasındakı sabitliyi, ahəngdarlığı yüksək qiymətləndirmişdir. Din xadimləri ilə dövlət xadimlərinin görüşməsi sülhün, əmin-amanlığın bərqərar olmasına töhfədir. Bu səfər də beynəlxalq aləmə, bir daha göstərdi ki, Azərbaycan dini və etnik toleratanlıq nümunəsidir.

Müasir dövrümüzdə mövcud əlaqələr daha da dərinləşir. Dövlətimizin başçısı çıxışlarının birində Azərbaycan ilə Vatikan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı mədəniyyət sahəsindəki əlaqələrimizin xüsusi əhəmiyyət daşıdığını və bu əməkdaşlığın ikitərəfli münasibətlərin yaxşı əlaməti olduğunu bildirib. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan-Vatikan əlaqələri bir daha dünyaya nümayiş etdirir ki, müxtəlif coğrafi ərazilərdə yaşayan insanlar, fərqli mədəniyyətlərin, ayrı-ayrı dinlərin nümayəndələri bir-biriləri ilə necə uğurla əməkdaşlıq edə və dostluq əlaqələri qura bilərlər. Vatikan ilə Azərbaycan arasında əlaqələr ölkəmizin dövlətlərarası qurduğu dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin göstəricisidir.

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see205

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see203

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see172

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see169

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see162

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see154

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see153

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see140

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see129

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see125

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri