Icma.az
close
up
RU
Azərbaycan Vatikan: Xoş mərama əsaslanan əməkdaşlıq

Azərbaycan Vatikan: Xoş mərama əsaslanan əməkdaşlıq

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın milli maraqlar üzərində qurulan və çoxvektorlu səciyyə daşıyan xarici siyasət kursunda ayrı-ayrı dövlətlərlə əlaqələrini daha da dərinləşdirmək xətti xüsusi yer tutur. Bu kontekstdə Azərbaycan-Vatikan münasibətlərinin davamlı olaraq yüksələn dinamikası da məmnunluq doğurur. Elə bu günlərdə Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib.

Səmimilik şəraitində keçən görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Roma Papası XIV Leonun ölkəmizə səfərə dəvəti ilə bağlı məktubunu Corc Ceykob Kuvakada təqdim edib.

İkitərəfli münasibətlər uğurla inkişaf edir

Qəbulda söhbət zamanı ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrimizin inkişafında roluna toxunulub.

İkitərəfli əlaqələrin yüksək dinamikasından bəhs edərkən xüsusi olaraq vurğulamaq yerinə düşər ki, respublikamızda Müqəddəs Taxt-Taca, Vatikanda isə tolerantlıq məkanı olan Azərbaycana həm dövlətlər, həm də cəmiyyətlər səviyyəsində qarşılıqlı rəğbət var. Bu gün ikitərfli əlaqələr  siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlər 23 may 1992-ci ildə qurulub. Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyi 2022-ci ildə fəaliyyətə başlayıb. 2012-ci ildə isə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilib. Qeyd edək ki, bu, Vatikanda ilk müsəlman ölkəsinin sərgisi idi.

Vurğulandığı kimi,Azərbaycanla Vatikan arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. Prezident Heydər Əliyev 24-27 sentyabr 1997-ci il tarixində Vatikanda rəsmi səfərdə olub. Bu səfərlə ikitərəfli münasibətlərin təməli qoyulub. Prezident İlham Əliyev isə 2005, 2015 və 2020-ci illərdə olmaqla üç dəfə Müqəddəs Taxt-Taca səfər edib. Eyni zamanda, Papa II İohann Pavel 22-23 may 2002-ci il, Papa Fransisk isə 2 oktyabr 2016-cı il tarixlərində respublikamıza  rəsmi səfərlərə gəliblər. Digər səviyyələrdə tez-tez qarşılıqlı səfərlər baş tutub. İndiyədək Azərbaycanla Müqəddəs Taxt-Tac arasında 9 sənəd imzalanıb.

Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına davamlı töhfələr verir

Azərbaycanla Vatikan arasında münasibətlərin mahiyyəti adi dövlətlərarası əlaqələrin xarakterindən kənara çıxır və spesifik səciyyə daşıyır. Bu da ilk növbədə onunla bağlıdır ki, həm respublikamız, həm də Müqəddəs Taxt-Tac dünyada dinlər və mədəniyyətlərarası dialoqu güclü şəkildə təşviq edirlər. İndiyədək Vatikandan Azərbaycana səfərə gələn bütün rəsmi qonaqlar ölkəmizdəki multikulturalizm mühitini yüksək dəyərləndiriblər. Səfər çərçivəsində baş tutan görüşlərdə Papa Fransisk Azərbaycanı zorakı ekstremizmlə bölünmüş dünya üçün çoxkonfessiyalı model kimi təqdir edib. Onun 2016-cı ildə Bakıya səfərinin məhz Azərbaycanda Multikulturalizm ilində baş tutması Papanın ölkəmizdəki tolerantlığa və inklüzivliyə verdiyi yüksək qiymətin göstəricisidir. O, müxtəlif etiqadların sülh şəraitində yanaşı yaşadığı məkan kimi Azərbaycanın əhəmiyyətini vurğulayaraq ölkəmizi dünya üçün nümunə adlandırıb.

Bəhs olunan qəbulda da söhbət zamanı Azərbaycanda tarixən bütün xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşaması məmnunluqla qeyd olunub, ölkəmizin tolerantlıq və multikulturalizm məkanı kimi dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına qlobal səviyyədə verdiyi mühüm töhfələr vurğulanıb.

Azərbaycanı fərqləndirən cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmizdə dini məkanların və ibadət yerlərinin inşası, mühafizəsi və bərpasına xüsusi diqqət yetirilir. Həm də bu fəaliyyətlər yalnız məscidlərlə məhdudlaşmır, Bakıda Müqəddəs Məryəm katolik kilsəsinin yenidən qurulması və mühafizəsi, Müqəddəs II İohann Pavelin şərəfinə ikinci katolik kilsəsinin davam edən inşası, Kafedral Pravoslav Kilsəsinin bərpası, Zərdüştlük məbədinin yenidən qurulması və Kiş məbədinin bərpası qismində digər dinlərin ibadət məkanlarını da əhatə edir. Regionun ən böyük sinaqoqunun Azərbaycanda olması bir faktdır. Cəmiyyətimizin dini plüralizmə və inklüzivliyə hörmətinin təzahürü kimi İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin ilk toplantı evi 2025-ci ildə Azərbaycanda açılıb. Görüşdə respublikamızın bu fərqli nümunəsinə xüsusi diqqət çəkilib və Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti qeyd edilib, ölkəmizdə bu cür ikinci kilsənin inşa olunduğu bildirilib.

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında genişlənən əməkdaşlıq

Qəbulda həmçinin Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlığa toxunulub, Fondun bu ölkədə həyata keçirdiyi layihələrin mədəni irsin qorunması və dinlərarası dialoqun təşviqi baxımından rolu qeyd edilib.

Həqiqətən də,  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda reallaşdırdığı layihələrin sayı kifayət qədər çoxdur. Bütövlükdə, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın genişlənməsi Azərbaycan-Vatikan münasibətlərinin inkişafına güclü impuls verir. Deyə bilərik ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vatikanda reallaşdırılan çoxsaylı layihələrlə Azərbaycanın bütün dünyada rəğbətlə qarşılanan humanitar diplomatiyasının yeni bir səhifəsi açılıb. Mehriban xanım Əliyevanın 2025-ci ilin oktyabr ayında Müqəddəs Taxt-Taca rəsmi səfəri və bu səfər çərçivəsində baş tutan tədbirlər çox doğru olaraq mədəniyyətlərarası anlaşmanın və humanitar əməkdaşlığın parlaq simvolu kimi dəyərləndirilir. Səfərin gündəliyi kifayət qədər geniş olub. Birinci vitse-prezident Vatikan rəsmiləri ilə mühüm görüşlərə qatılıb, Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tacda həyata keçirdiyi ayrı-ayrı layihələrin icrası ilə tanış olub və Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılışında iştirak edib. İtaliyanın Avropa Xəbər Agentliyinin nümayəndəsi Karlo Marino vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın səfəri təkcə mərasim xarakteri daşımayıb, həm də dərin humanitar-siyasi məzmun kəsb edib.

Onu da vurğulayaq ki, Mehriban xanım Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb. O, bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 İyun 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri