Icma.az
close
up
RU
Azərbaycan Vatikan əlaqələrinin tarixi kökləri var

Azərbaycan Vatikan əlaqələrinin tarixi kökləri var

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ceyhun Bayramovun Vatikana səfəri, Roma Papası ilə görüşü xüsusi əhəmiyyət daşıyır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tac və İtaliyada rəsmi səfərdədir. Nazir Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Pyotr Bazilikasını ziyarət edib. C.Bayramov bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa işləri ilə tanış olub. Xarici işlər naziri Roma Papası XIV Leonun ümumi audiyensiyasında iştirak edib və onunla görüşüb. Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Apostol Kitabxanasında da olub. Nazir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib: "Bu misilsiz insanlıq tarixi xəzinəsi bizə əsrlər boyu əlyazmalar və mətnlərdə qorunub saxlanılan dialoqun gücünü xatırladır. Özünün zəngin multikulturalizm ənənəsinə malik olan Azərbaycan ortaq gələcəyimiz üçün daha dərin qarşılıqlı anlaşmaya aparan yol kimi belə mədəniyyətlərarası mübadiləni təşviq etməkdən qürur duyur". Qeyd edək ki, Azərbaycan və Müqəddəs Taxt arasında möhkəm münasibətlər mövcuddur və bu əlaqələr dinlərarası dialoqun dəstəklənməsi, multikulturalizmin təşviqi baxımından böyük əhəmiyyət daşıyır. İki ölkə arasındakı münasibətlər müxtəlif dinlər arasında dialoq üçün nümunə təşkil edir və bu, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. 

Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a deyib ki, Azərbaycan-Vatikan əlaqələri yeni mərhələyə daxil olub. Deputat vurğulayıb ki, cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində Vatikanla ikitərəfli əlaqələrimiz gündən-günə daha da inkişaf edib, möhkəmlənib: "Qeyd etmək lazımdır ki, bu gün Heydər Əliyev Fondu ilə Vatikan arasında münasibətlər də çox yüksək səviyyədədir. Fondun xətti ilə Vatikanda bir çox tarixi və dini abidələrin bərpa-təmir işləri həyata keçirilib. Bu, Azərbaycanın tolerantlığının, multikultural dəyərlərin bir göstəricisidir. Dövlətimiz nəinki müsəlman abidələrini, eyni zamanda xristian məbədlərinə böyük diqqət, qayğı göstərir. Onların qorunması, bərpası üçün ciddi addımlar atır. Bir müddət bundan əvvəl Birinci xanım, hörmətli Mehriban Əliyeva İtaliyaya səfər etdi və rəsmilərlə görüşlər keçirtdi. Görüşlərdə müxtəlif məsələlər ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparıldı. Bu, dövlətimizin uğurlu siyasətinin bariz göstəricisidir. XİN başçısı Ceyhun Bayramovun da Vatikana səfəri, Roma Papası ilə görüşü xüsusi əhəmiyyət daşıyır. Bu səfər ikili əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək. C.Bayramov İtaliyada yüksək səviyyədə qarşılandı. Azərbaycan-Vatikan əlaqələrinin tarixi kökləri var. Roma papaları dəfələrlə Azərbaycana səfərlər ediblər. Ölkəmizdə Roma-Katolik Kilsəsi fəaliyyət göstərir". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Noyabr 2025 04:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri