Azərbaycan və Çexiyanın ali təhsil ocaqları arasında üçtərəfli görüş
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan İdman Akademiyası (ASA), Azərbaycan Tibb Universiteti və Çexiyanın Karlov Universiteti arasında üçtərəfli görüş keçirilib.
Karlov Universitetində keçirilən görüşdə ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva, Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Orxan İsayev və Karlov Universitetinin nümayəndələri iştirak ediblər.
Azərbaycan İdman Akademiyasından verilən məlumata görə, tərəflər idman elmləri və reabilitasiya sahəsində akademik əlaqələrin genişləndirilməsi, ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivləri, təcrübə mübadiləsi, bakalavriat təhsil səviyyəsi üzrə “Fizioterapiya” ixtisasının məzmunu və tədrisinin təşkili, eləcə də gələcəkdə birgə diplom proqramının yaradılması məsələlərini müzakirə ediblər.
Görüşdə tədris prosesində beynəlxalq təcrübənin tətbiqi, tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi imkanları diqqət mərkəzində olub.
Karlov Universitetinin Beynəlxalq əlaqələr ofisinin direktoru Silvi Boumova ilə keçirilən ayrıca görüşdə isə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 27 Oktyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















