Icma.az
close
up
RU
Gənclər arasında fərqli görünüşə artan marağın səbəbləri NƏLƏRDİR? SOSİOLOQ AÇIQLADI

Gənclər arasında fərqli görünüşə artan marağın səbəbləri NƏLƏRDİR? SOSİOLOQ AÇIQLADI

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Gənclər arasında tatuya, pirsinqə və cəmiyyətdən fərqlənən geyim tərzinə marağın artmasını müxtəlif səbəblərlə izah etmək olar. Burada sosial şəbəkələrin, xarici mədəniyyətlərin, müxtəlif ideologiyaların və gənclərin özlərini fərqli şəkildə ifadə etmək istəyinin təsiri var. Tatuya gəldikdə, bu məsələyə həm milli-mənəvi, həm də dini dəyərlər baxımından yanaşmaq lazımdır. Mənim düşüncəmə görə, Allahın insana əmanət verdiyi bədəni müxtəlif yazılarla, adlarla və naxışlarla dəyişdirmək doğru seçim deyil".

Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib:

"İslamda tatu vurdurmaq birmənalı şəkildə icazəli əməl sayılmır. Milli-mənəvi dəyərlərimiz baxımından da bədənə tatu etdirmək ənənəvi olaraq geniş qəbul olunmuş bir davranış deyil.

Tarixən, xüsusilə sovet dövründə kişilər arasında tatuya rast gəlinirdi. Bu, əsasən həbsxana həyatı keçirmiş şəxslər və hərbi xidmət zamanı tatu vurduran insanlar arasında yayılmışdı. Həbsxana submədəniyyətinə aid bəzi davranış və simvollar sonradan başqa mühitlərə də keçirdi. Lakin tatu yalnız bu qruplara aid deyil və onun yayılmasını təkcə həmin amillərlə izah etmək düzgün olmazdı.

Müasir dövrdə isə qadınlar arasında da tatuya marağın artdığını görürük. Baykerlər, emolar və müxtəlif submədəniyyətlərin nümayəndələri arasında da fərqli geyimlərə, saç düzümlərinə və bədən bəzəklərinə üstünlük verənlər var. Bu seçimlər bəzən fərdiliyi ifadə etmək, bəzən müəyyən qrupa mənsub olmaq, bəzən də diqqət çəkmək istəyindən irəli gəlir.

Digər mühüm məsələ bu seçimlərin insanın gələcəyinə mümkün təsiridir. Bəzi iş yerlərində, xüsusilə ciddi geyim və görünüş standartları olan peşələrdə görünən tatular müəyyən çətinliklər yarada bilər. Gənclər belə qərarlar verməzdən əvvəl gələcək karyeralarını, sosial mövqelərini və yaşlandıqdan sonra bu seçimlərə münasibətlərinin dəyişə biləcəyini də nəzərə almalıdırlar.

Həyatda tatu vurdurub sonradan peşman olan, onu sildirməyə çalışan insanlara da rast gəlirik. Lakin tatu silinməsi həmişə tam nəticə vermir, bəzən izlər qalır və proses həm vaxt, həm də maddi vəsait tələb edir.

İdmançılar arasında da tatu vurduranlar az deyil. Bəziləri bununla özlərini ifadə edir, bəziləri isə fərqli görünmək və diqqət cəlb etmək istəyirlər. Bununla belə, tanınmış idmançılar və ictimai şəxslər gənclər üçün nümunə olduqlarını unutmamalıdırlar. Onların davranışları və seçimləri gənc nəslə təsir göstərə bilər.

Bütün bunların yayılmasında sosial şəbəkələrin xüsusi rolu var. Gənclər müxtəlif ölkələrin mədəniyyətləri, həyat tərzləri və dəb meyilləri ilə tanış olur, bəzən də gördüklərini düşünmədən təqlid edirlər. Halbuki hər yeni dəb bizim milli-mənəvi dəyərlərimizə, əxlaq anlayışımıza və həyat tərzimizə uyğun gəlməyə bilər.

Cəlaləddin Ruminin belə bir kəlamı var: “Ya göründüyün kimi ol, ya da olduğun kimi görün.” İnsanın geyimi, davranışı və zahiri görünüşü müəyyən mənada onun dünyagörüşünü və zövqünü əks etdirir. Lakin insanın şəxsiyyətini yalnız zahiri görünüşünə görə qiymətləndirmək də düzgün deyil.

Bir düşünək: cəmiyyətimizdə millət vəkilini, müəllimi, hakimi, vəkili və ya ciddi işgüzar nüfuza malik bir şəxsi üzünün müxtəlif tatu və yazılarla örtülmüş vəziyyətdə təsəvvür etmək nə dərəcədə rahatdır? Əlbəttə, bu sahədə insanların yanaşmaları fərqlənə bilər. Bununla belə, bəzi zahiri seçimlərin ictimai qəbul və peşəkar imic baxımından nəticələri ola bilər.

Mənim qənaətim budur ki, gənclər müasir dəbi izləyə, zövqlə geyinə və fərdi üslublarını formalaşdıra bilərlər. Ancaq bu zaman milli-mənəvi dəyərlərimizi, dini inancımızı, geyim mədəniyyətimizi və gələcək həyatlarını nəzərə almaları vacibdir.

Gənclərə tövsiyəm budur: hər hansı dəbin təsiri altına düşməzdən əvvəl düşünün - bu seçim həqiqətən sizin daxili dünyanızı ifadə edir, yoxsa sadəcə başqalarından fərqlənmək istəyindən irəli gəlir? Bir anlıq həvəs naminə gələcəkdə peşman ola biləcəyiniz qərarlar verməyin".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Oktyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri