İtaliya “nəhəng”i fikrindən daşındı
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Turinin “Yuventus” klubu “Liverpul”un qapıçısı Alisson Bekeri transfer etmək fikrindən daşınıb.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Yayda braziliyalı qolkiperi heyətinə qatmağa yaxın olan “qoca sinyora” sonradan Qulyelmo Vikarionu almaqla bu mövqedəki boşluğu doldurub və hazırda onun oyunundan tam razıdır.
Buna baxmayaraq, sözləşməsi 2027-ci ilin yayında bitəcək və avtomatik uzadılma bəndi olmayan Alissonun “Liverpul”dakı gələcəyi sual altındadır. Daimi ehtiyatda qalmaq istəməyən gürcüstanlı Giorgi Mamardaşvilinin komandada olması klub rəhbərliyini yaxın aylarda hər iki qapıçı ilə bağlı qərar verməyə vadar edir. Romanonun məlumatına görə, Alissonun komandada qalmaq şansı olsa da, sərfəli təklif gələcəyi halda onun 2027-ci ilin yayında Mersisayd təmsilçisindən ayrılması istisna deyil.
Baxış sayı:54
Bu xəbər 16 Noyabr 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















