Azərbaycan və Ermənistan keçmiş anklavlar məsələsini necə həll edəcəklər?
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
"Ermənistan Azərbaycanla keçmiş anklavların mübadiləsini istisna etmir".
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin vitse-prezidenti İqnasio Kassis ilə birgə mətbuat konfransında yerli nəşrlərdən birinin sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, keçmiş anklavlar məsələsinin həlli üçün müxtəlif variantlar var və tərəflər məsələyə konstruktiv yanaşırlar.
"Hər hansı bir razılaşmanı əvvəlcədən müəyyən etmək istəmirəm, amma deyə bilərəm ki, əgər Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisindən nəsə başqa bir dövlətə ötürülməlidirsə və ya nəsə əldə edilməlidirsə, yəni ərazilərdə dəyişiklik olmalıdırsa, o zaman bu, ümumxalq səsverməsi tələb edən məsələdir. Bu belə də olacaq, bundan qaçmaq mümkün deyil", - deyə Mirzoyan qeyd edib.
Onun fikrincə, anklavların mübadiləsi həll yollarından biridir, lakin yeganə həll yolu deyil.
"Yəni, mütənasib ərazilər nəzəri olaraq verilə bilər. Deyə bilərəm ki, onların tərəfindən də konstruktiv yanaşma var. Nəticə necə olacaq? Bu, səsverməyə qoyulacaq", - deyə Mirzoyan əlavə edib.
Daha əvvəl baş nazir Nikol Paşinyan bildirmişdi ki, sülhün təmin edilməsi üçün sərhədin hər iki tərəfində anklav və ya eksklavlar olmamalıdır. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan müvafiq dəqiq ölçülərə malik ərazilərin mübadiləsini aparmalıdırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 15 Oktyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















