Icma.az
close
up
RU
“Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı region üçün mühüm əhəmiyyət kəsb edir”

“Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı region üçün mühüm əhəmiyyət kəsb edir”

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı region üçün mühüm əhəmiyyət kəsb edir”.

Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Nyu Delhidə keçirilən “Raisina Dialoqu 2025” adlı beynəlxalq konfransda çıxışında deyib.

O, “Rəqabət və əməkdaşlıq – təhlükəsiz gələcək naminə” panel müzakirədə Azərbaycan, Gürcüstan və bütövlükdə region üçün strateji əhəmiyyət kəsb edən məsələlərə toxunub.

Onun sözlərinə görə, Gürcüstanın tarixi rolunun bərpası və onun müasir dünyada möhkəmlənməsi ölkənin əsas prioritetləridir:

“Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlığımız, strateji tərəfdaşlarımızın dəstəyi sayəsində bir çox mühüm layihə həyata keçirilib. Onilliklər sonra belə, bu layihələr aktuallığını qoruyub saxlayır, çünki onların ümumi Avropa təhlükəsizliyini gücləndirmək baxımından böyük potensialı var. Xüsusilə, enerji və nəqliyyat sahələrində bu layihələr mühüm rol oynayır”, - deyə siyasətçi vurğulayıb.

O bildirib ki, son dövrlərdə Gürcüstan Azərbaycan, Türkiyə və Ermənistanla əməkdaşlığın vacibliyini bir daha anlayıb. 

Boçorişvili qeyd edib ki, bu üç ölkə Gürcüstanın əsas tərəfdaşlarıdır və bu əməkdaşlıq bölgənin inkişafı üçün vacibdir.

“Sülh və təhlükəsizlik bizim üçün əsas faktorlardır. Azərbaycan və Ermənistan arasında sülh sazişi bütün region üçün mühüm əhəmiyyət daşıyır”, - deyə siyasətçi əlavə edib.

Boçorişvili bəyan edib ki, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın inkişafına xidmət edir. 

O, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və digər enerji layihələrinin uğurlu əməkdaşlığın ən bariz nümunələri olduğunu deyib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://missiya.az
archiveBu xəbər 18 Mart 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri