Icma.az
close
up
RU
Azərbaycan və İran münasibətlərində yeni dövr: Diplomatik istiqamətlər və regional güc balansı ŞƏRH

Azərbaycan və İran münasibətlərində yeni dövr: Diplomatik istiqamətlər və regional güc balansı ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan ilə İran arasındakı münasibətlər tarix və mədəniyyətin yaratdığı güclü əsaslarla bərqərar olub. Hər iki ölkənin ərazisində eramızdan əvvəl mövcud olan dövlətçilik tarixi göstərir ki, qonşu dövlətlərin diplomatik münasibətləri həm də geosiyasi, iqtisadi və təhlükəsizlik məsələləri ilə əlaqəlidir. Bu gün İran əhalisinin 30 milyondan çox hissəsini azərbaycanlılar təşkil edir. Qardaş xalqların ortaq dil, mədəniyyət, dəyərlər sisteminin mövcudluğu hər iki dövlət arasında balanslı siyasəti, siyasi, iqtisadi, eyni zamanda, mədəni əlaqələrin və əməkdaşlığın inkişafını zəruri edir. Cənubi Qafqazdakı geosiyasi və regional güc balansındakı dəyişikliklər Azərbaycanla İran arasındakı münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. 2025-ci ilin aprelində İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşləri bu yeni dövrün təməlini atan mühüm amil oldu. Heç şübhəsiz, bu görüş yeni dövrün diplomatik istiqamətlərini və regional güc balansını təyin etməklə Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldıracaq. İki ölkənin gələcəkdəki əməkdaşlığı yalnız öz aralarındakı əlaqələri deyil, həm də Cənubi Qafqazın və Şərqi Avrasiyanın geosiyasi mənzərəsini formalaşdıracaq.

Bu fikirlər filologiya elmləri üzrə fəlsəfə doktoru, media, kommunikasiya tədqiqatçısı və eksperti, analitik, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin “Azərbaycan və İran münasibətlərində yeni dövr: Diplomatik istiqamətlər və regional güc balansı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan ilə İran arasında tarixi əlaqələrin tarixi çox qədim zamanlara gedib çıxır. Hər iki ölkə eyni mədəniyyətin və ortaq türk-İslam irsinin daşıyıcısıdır. İranın şimalı və Azərbaycanın cənubu arasındakı əlaqələr, eyni zamanda, ərəb və fars mədəniyyətlərinin təsiri altında formalaşıb. Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın müstəqillik qazanması və İranın Cənubi Qafqazdakı geosiyasi mövqeyinin dəyişməsi münasibətlərə yeni bir çalar gətirdi. 1990-cı illərin əvvəllərində yaranan bəzi gərginliklərə baxmayaraq, iki ölkə arasında əməkdaşlıq xüsusilə də enerji, nəqliyyat və təhlükəsizlik sahələrində davamlı şəkildə genişlənib.

İki ölkə arasında iqtisadi və infrastruktur sahələrindəki əməkdaşlı son illər böyük əhəmiyyət kəsb etməkdədir. Zəngəzur dəhlizi bu əməkdaşlığın mərkəzində dayanır. Bu nəqliyyat dəhlizi yalnız Azərbaycanın nəqliyyat sektorunu inkişaf etdirmək üçün deyil, həm də İranın iqtisadi maraqları baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, bu layihə Azərbaycanın regional iqtisadi inteqrasiyasını və ticarət əlaqələrinin genişlənməsini təmin edəcək.

Zəngəzur dəhlizinin açılması, həmçinin enerji sahəsindəki əməkdaşlığı gücləndirə bilər. Azərbaycanın və İranın enerji ehtiyatları bir-birini tamamlayır. Bu sahədə əməkdaşlıq hər iki ölkənin enerji sahəsindəki mövqeyini gücləndirər.

Azərbaycan və İran, həmçinin bölgədəki təhlükəsizlik məsələlərində də əməkdaşlıq edir. Xüsusilə radikalizmə və terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyi və narkotik qaçaqmalçılığı ilə mübarizə kimi məsələlərdə iki ölkə arasında güclü əməkdaşlıq mövcuddur. Həmçinin iki qonşu ölkə Avrasiyada, o cümlədən Mərkəzi Asiyada sabitliyin təmin olunması üçün birgə hərəkət edir.

İranın Azərbaycanla münasibətləri,yalnız iki ölkə arasındakı əlaqələrlə məhdudlaşmır, eyni zamanda, regional geosiyasi kontekstlə də bağlıdır. Bu baxımdan, İranın Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionundakı digər oyunçularla, xüsusilə Rusiya və Türkiyə ilə olan münasibətləri də mühüm əhəmiyyət kəsb edir. Rəsmi Tehran bölgədəki sabitliyi qorumaq və öz maraqlarını təmin etmək üçün bu iki ölkə ilə güclü strateji əlaqələr qurur.

Azərbaycan və İran prezidentlərinin mətbuata bəyanatlarında söylədikləri fikirlərdən də göründüyü kimi, hər iki ölkə əlaqələrin iqtisadi, mədəni, elmi, təhlükəsizlik, hərbi və digər sahələrdə inkişafında maraqlıdır. Təbii ki, gələcəkdə münasibətlərin inkişafı regional və beynəlxalq güc balansının necə dəyişəcəyi ilə bağlıdır. Zəngəzur dəhlizi və digər iqtisadi layihələr iki ölkənin əməkdaşlığını daha da dərinləşdirə bilər. Bununla yanaşı, təhlükəsizlik məsələlərindəki əməkdaşlıq regional münaqişələrin həlli üçün yeni yollar aça bilər. Həmçinin Azərbaycan-İran mədəni əlaqələrinin gücləndirilməsi xalqlar arasında qarşılıqlı anlayış və əməkdaşlığı təşviq edəcək. Bu, yalnız ikitərəfli münasibətləri deyil, həm də Cənubi Qafqazda sabitliyi təmin etmək üçün mühüm amilə çevrilə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri