Icma.az
close
up
RU
Gemini ChatGPT ni geridə qoydu

Gemini ChatGPT ni geridə qoydu

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

"Google" süni intellekt sahəsində "OpenAI" ilə rəqabətdə istifadəçi tərəfində üstünlük qazanır. 

Şirkətin "Gemini" tətbiqi "Apple"ın "App Store" platformasında pulsuz tətbiqlər siyahısında zirvəyə yüksələrək, təxminən üç il əvvəl süni intellekt dalğasını başlatmış ChatGPT-ni arxada qoyub.

Bu uğurun arxasında "Gemini"nin yeni "Flash" modeli çərçivəsində təqdim olunan "Nano Banana" adlı şəkil redaktə funksiyası dayanır. Sözügedən xüsusiyyət istifadəçilərə yüklədikləri fotoları birləşdirərək və mətn əmrləri vasitəsilə rəqəmsal fiqurlar yaratmaq imkanı verir. "Nano Banana" qısa zamanda böyük maraq toplayaraq "Gemini"nin istifadəçi bazasının sürətlə genişlənməsinə səbəb olub.

Şirkətin məhsul rəhbəri Coş Vudvardın açıqlamasına görə, "Nano Banana"nın istifadəyə verilməsindən cəmi dörd gün sonra tətbiq 13 milyon yeni istifadəçi qazanıb və ümumi istifadəçi sayı 23 milyona çatıb. Bu müddətdə tətbiqə 500 milyondan artıq foto yüklənib. Yaranan böyük tələbat səbəbilə həftəsonu müvəqqəti istifadə məhdudiyyətləri tətbiq olunub.

"Google"un istehlakçı yönümlü süni intellekt sahəsindəki yüksəlişi investorların da diqqətini cəlb edib. Qısa müddət əvvəl "Alphabet" 3 trilyon dollarlıq bazar dəyərinə çataraq "Nvidia", "Microsoft" və "Apple" ilə eyni kluba daxil olub. Şirkətin səhmləri bu il 33 faiz artaraq "Nasdaq"ın 16 faizlik göstəricisini geridə qoyub. Bu artım "Chrome" brauzerinin mövqelərini qorumasına imkan verən müsbət antitrest qərarı ilə də güclənib.

Son açıqlanan rəsmi məlumatlara görə, iyul ayında "Gemini"nin aylıq aktiv istifadəçi sayı 450 milyonu ötüb. Yeni funksiyaların əlavə edilməsi ilə bu göstəricinin daha da artacağı gözlənilir. \\Valyuta.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Sentyabr 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri