Icma.az
close
up
RU
BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi Bayramov

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi Bayramov

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycanla BƏƏ arasında münasibətlərin inkişafı müşahidə olunur. İki dövlət arasında ticarət dövriyyəsi 2024-cü ildə 96 milyon 805 min dollar olub. 2021-ci ilə nisbətən ticarət dövriyyəsi 2 dəfə artasa da mövcud rəqəm potensialı tam əhatə etmir. Dövlətlər arası münasibətlərin daha da dərinləşməsinin ticarət dövriyyəsində də artımlar ilə müşahidə olunacağı gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana rəsmi səfər ilə bağlı deyib.

Onun sözlərinə görə, BƏƏ Azərbaycanda yaşıl enerjiyə sərmayə qoyuluşu həyata keçirən dövlətlərdəndir və tərəflər arasında innovativ sahədə əməkdaşlıq daha güclənməkdədir:

“Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasının da xüsusi mənası var. Qarabağ və Şərqi Zəngəzurda inşa edilən hava limanları ilə bağlı müəyyən şəxslər qərəzli fikirlər irəli sürürdü. Son səfər də təsdiq edir ki, Qarabağa dünyanın fərqli ölkələrindən birbaşa uçuşlar var, hətta yüksək səviyyəli rəsmilər də xaricdən Azərbaycan gələrkən birbaşa Qarabağ bölgəsinə enə bilirlər.

Bütün bunlar bir daha sübut edir ki, Qarabağda inşa edilən hava limanları təhlükəsizlik, nəqliyyat, turizmin inkişafı, həm də beynəlxalq səfərlərin təşkili baxımından çox vacibdir. Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib və azad olunmuş torpaqlarımızda artıq rəsmi şəxslərin qəbulu da həyata keçirilir.

BƏƏ Prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacaq. Bu səhifə həm də Qarabağda açılır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Sentyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri