Icma.az
close
up
RU

Azərbaycan və İsveç vergi orqanları birgə fəaliyyətin perspektivlərini müzakirə edib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 noyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli İsveç Vergi Agentliyinin baş direktoru Ketrin Vestlinq Palm ilə videokonfrans formatında görüş keçirib.

AZƏRTAC DVX-nin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli iqtisadi münasibətlərin müxtəlif sahələrdə, o cümlədən vergi sahəsində uğurla inkişaf etdiyi bildirilib və görüşün əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından önəmi qeyd olunub. Qarşılıqlı əlaqələrin gücləndirilməsi sayəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə edilib.

Görüş zamanı ölkəmizin IOTA-ya prezidentliyi dövründə müəyyənləşdirilmiş hədəflərin reallaşdırılması imkanları müzakirə olunub. Tərəflər IOTA-nın fəaliyyətinin təkmilləşdirilməsinin uzunmüddətli strateji hədəflər və dayanıqlı prinsiplər əsasında həyata keçirilməsi məqsədilə təklifləri nəzərdən keçirib, təşkilatın təşəbbüslərinin vergi administrasiyaları tərəfindən dəstəklənməsi, maliyyələşmə imkanlarının artırılması və səmərəli mexanizmlərin rolu barədə fikirlərini bölüşüblər.

Görüşün davamında DVX və İsveç Vergi Agentliyinin IOTA çərçivəsində əməkdaşlığının səmərəliliyinin artırılması istiqamətində təkliflər nəzərdən keçirilib. Birgə fəaliyyətin prioritet istiqamətləri, vergi orqanlarının beynəlxalq əlaqələrinin təşviqi sahəsində görülən işlər və perspektiv layihələr barədə müzakirələr aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see225

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see195

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see161

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see154

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see147

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see144

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see136

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see135

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see135

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see134

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see134

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see131

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see126

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see126

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see125

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri