Icma.az
close
up
RU
Azərbaycan və Küveyt arasında əməkdaşlıq dərinləşir Xarici İşlər Nazirliyi məlumat yayıb

Azərbaycan və Küveyt arasında əməkdaşlıq dərinləşir Xarici İşlər Nazirliyi məlumat yayıb

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclas Azərbaycan və Küveyt arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üzrə qarşılıqlı öhdəliklər çərçivəsində bir tərəfdən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, digər tərəfdən Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhyanın sədrliyi və hər iki ölkənin nümayəndələrinin iştirakı ilə baş tutub.

Məlumata görə, iclasın əsas məqsədi Azərbaycanla Küveyt arasında ikitərəfli münasibətlərin bütün səviyyələrdə gücləndirilməsi və möhkəmləndirilməsi təşkil edib. Bu münasibətlər qarşılıqlı hörmət və maraqlara, eləcə də qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər üzrə əlaqələndirmə işinin təşkilinə əsaslanır. İki ölkənin hökumətləri arasında mövcud olan Əməkdaşlıq üçün Birgə Komissiya müştərək iqtisadi prioritetlərin və uzunmüddətli əməkdaşlığın gücləndirilməsi istiqamətində davamlı dialoq platformasını təşkil edir.

Azərbaycan və Küveyt tərəfi iki dost ölkə arasında əlaqələrin uzunmüddətli inkişafını, qarşılıqlı maraq kəsb edən sahələrdə, xüsusilə enerji, ticarət, investisiya, infrastruktur, yüksək texnologiyalar, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, təhsil, səhiyyə, turizm, media və idman sahələrində əməkdaşlığın gücləndirilməsi üçün ortaq baxışların mövcudluğunu, eləcə də ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində konkret addımların atılmasının və işlərin koordinasiyasının əhəmiyyətini vurğulayıblar.

Komissiya əlavə tədbirlərin görülməsi vasitəsilə ticarət dövriyəsinin artırılması, iqtisadi əməkdaşlığın inkişafına nail olmaq, müştərək sənaye və texnologiya təşəbbüslərinə dəstək vermək, Azərbaycan və Küveyt arasında ticarət mübadiləsinin asanlaşdırılması üçün logistik xidmətləri təkmilləşdirmək barədə razılığa gəlib. Komissiya həmçinin enerji sferasında, o cümlədən neft və qaz sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, iqtisadi resursların uzunmüddətli diversifikasiyasına dəstək verən təmiz enerji layihələri üzrə birgə təşəbbüslərin müəyyən edilməsinin əhəmiyyətini qeyd ediblər.

Küveyt tərəfi Azərbaycan tərəfini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyinə görə təbrik edib, bütün dünyadan geniştərkibli nümayəndələrin iştirakı ilə Azərbaycanın belə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsinin onun beynəlxalq səviyyədə xüsusi yerinin və qabaqcıl rolunun göstəricisi olduğunu vurğulayıb, habelə konfransın uğuru üçün əlverişli şəraitin yaradılması istiqamətində təşkilatçılıq tədbirlərini alqışlayıb. Tərəflər çoxtərəfli tərəfdaşlıq müstəvisində müxtəlif beynəlxalq forumlarda əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndiriblər.

Azərbaycan-Körfəz əməkdaşlığı müstəvisində Azərbaycan Körfəz Əməkdaşlıq Şurasının cari sessiyasına sədrlik edən Küveytin səylərini yüksək qiymətləndirib. Tərəflər sözügedən məsələlər çərçivəsində əməkdaşlığı və 2024-2028-ci illər üzrə Körfəz Əməkdaşlıq Şurası - Azərbaycan birgə iş planını həyata keçirmək niyyəti ilə çıxış ediblər.

Regional və beynəlxalq müstəvidə diqqət tələb edən bir çox məsələlər nəzərdən keçirilib, beynəlxalq təhlükəsizlik və sülhə nail olmaq istiqamətində fəaliyyətə dəstək göstərməyin əhəmiyyəti, münaqişələrin BMT nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin vacibliyi vurğulanıb. Azərbaycan və Küveyt bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək ilə bağlı öhdəliklərinə sadiq olduqlarını bir daha diqqətə çatdırıblar.

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının işinin sonunda iclasın təsdiq olunmuş protokolu, ona nəzarət mexanizmləri, onun əlavələri – növbəti iki il üçün müştərək yol xəritəsi imzalanıb. Bu hər iki ölkənin bütün aidiyyəti qurumlarının strateji əməkdaşlıq vasitəsilə müxtəlif sahələrdə fəaliyyətini, eləcə də əməkdaşlıq çərçivəsini, konkret prosedurları və 2025-2027-ci illər üzrə müddəti əhatə edir. Tərəflər həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq müqaviləsini, idman, mədəniyyət və turizm sahələrinə aid bir neçə fəaliyyət proqramını imzalayıblar.

Yekunda tərəflər Birgə Komissiyanın dördüncü iclasının 2027-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi barədə razılığa gəliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://mia.az
archiveBu xəbər 30 Aprel 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri