Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Azərbaycan və Mərkəzi Asiyanın strateji birliyi… ŞƏRH

Azərbaycan və Mərkəzi Asiyanın strateji birliyi… ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Asiya ölkələri ilə münasibətləri dinamik şəkildə inkişaf edib …Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanla əlaqələrin müttəfiqlik, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişafı regionda yeni siyasi və iqtisadi əməkdaşlıq məkanının formalaşdığını göstərir. Tarixi-mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər, xalqlarımızı birləşdirən dostluq və qardaşlıq münasibətləri bu əməkdaşlığın möhkəm təməlini təşkil edir.

Müasir beynəlxalq münasibətlər sistemində Mərkəzi Asiya və Cənubi Qafqazın strateji əhəmiyyəti getdikcə artır. Qlobal nəqliyyat marşrutlarının yenidən formalaşması, enerji təhlükəsizliyi, ticarət əlaqələrinin şaxələndirilməsi və yeni geoiqtisadi mərkəzlərin meydana çıxması Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsini zəruri edir. Bu baxımdan Xəzər dənizi artıq ölkələrimizi ayıran coğrafi məkan deyil, əksinə, Azərbaycanla Mərkəzi Asiyanı birləşdirən mühüm strateji körpüdür.

Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasət son illərdə konkret nəticələrlə müşayiət olunur. Siyasi dialoqun intensivləşməsi, dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin müntəzəm xarakter alması və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması münasibətlərin yüksək dinamika ilə inkişaf etdiyini nümayiş etdirir. 2025-ci ilin noyabrında Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu formata tamhüquqlu iştirakçı kimi qoşulması xüsusi siyasi və tarixi əhəmiyyət daşıyır. Beləliklə, regional əməkdaşlıq C5 formatından C6 formatına keçərək daha geniş geosiyasi və geoiqtisadi məzmun kəsb etməyə başlayıb.

Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyasının ardıcıl xarakter aldığını 2026-cı ilin iyulunda Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələri dövlət başçılarının qeyri-rəsmi görüşü də təsdiqlədi. Bu görüşdə Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Tacikistanın və Türkmənistanın liderlərinin iştirakı region ölkələri arasında qarşılıqlı etimadın və siyasi həmrəyliyin yüksələn xətt üzrə inkişaf etdiyini bir daha göstərdi.

İkitərəfli münasibətlərin inkişafında müttəfiqlik və strateji tərəfdaşlıq sənədlərinin imzalanması mühüm rol oynayır. Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə siyasi münasibətləri iqtisadi əməkdaşlığın genişlənməsi ilə paralel inkişaf etdirir. Xüsusilə birgə investisiya fondlarının yaradılması, biznes əlaqələrinin genişləndirilməsi, hökumətlərarası komissiyaların fəaliyyəti və qarşılıqlı ticarətin artırılması bu siyasətin əsas istiqamətlərindəndir. 2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsinin təyin olunması da regionla iqtisadi əlaqələrin sistemli şəkildə genişləndirilməsinə verilən əhəmiyyətin göstəricisidir.

Bu gün əməkdaşlığın ən mühüm istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Azərbaycan Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas iştirakçılarından biridir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışı baxımından mühüm imkanlar yaradır, Azərbaycanın müasir nəqliyyat infrastrukturu isə bu prosesdə xüsusi rol oynayır. Qazaxıstan-Azərbaycan əməkdaşlığı çərçivəsində bu marşrutun inkişafı, darboğazların aradan qaldırılması və yükdaşımaların həcminin artırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Trans-Xəzər marşrutu üzrə yükdaşımaların həcminin 62 faiz artaraq 4,5 milyon tona çatması dəhlizin artan imkanlarını əyani şəkildə nümayiş etdirir.

Enerji əməkdaşlığı da münasibətlərin perspektiv istiqamətlərindəndir. Azərbaycan özünün enerji təhlükəsizliyi sahəsində zəngin təcrübəsi, inkişaf etmiş ixrac infrastrukturu və beynəlxalq enerji bazarındakı mövqeyi ilə Mərkəzi Asiya ölkələri üçün etibarlı tərəfdaşdır. Eyni zamanda, “yaşıl enerji”, elektrik enerjisinin ötürülməsi, bərpaolunan enerji mənbələrinin birgə inkişafı yeni əməkdaşlıq imkanları yaradır. Bu proses yalnız ayrı-ayrı ölkələrin deyil, bütövlükdə Avrasiya məkanının enerji təhlükəsizliyinə töhfə verə bilər.

Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərini bir-birinə yaxınlaşdıran mühüm amillərdən biri də humanitar və mədəni əlaqələrdir. Mədəniyyət günlərinin, sərgilərin, konsertlərin keçirilməsi, təhsil və elm sahəsində əməkdaşlığın genişlənməsi xalqlar arasında qarşılıqlı yaxınlığı daha da möhkəmləndirir. Dövlətlərarası münasibətlərin əsasını təşkil edən siyasi və iqtisadi əlaqələr məhz xalqların dostluğu və ortaq mənəvi dəyərləri üzərində daha möhkəm və davamlı xarakter alır.

Azərbaycanın Mərkəzi Asiya siyasətinin mühüm xüsusiyyətlərindən biri də qarşılıqlı dəstək və bərabərhüquqlu əməkdaşlıq prinsipidir. Ölkələr beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin təşəbbüslərini dəstəkləyir, regional və qlobal məsələlərə dair ortaq mövqelər formalaşdırırlar. Bu baxımdan Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında yaranmış əməkdaşlıq modeli yalnız ikitərəfli əlaqələrin məcmusu deyil, daha geniş regional inteqrasiyanın mühüm elementidir.

Bütün bunlar göstərir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlər artıq yeni mərhələyə yüksəlib. Ortaq tarix, mədəni yaxınlıq və mənəvi dəyərlər üzərində qurulan əlaqələr bu gün konkret siyasi, iqtisadi və strateji məzmun qazanır. Azərbaycan özünün geosiyasi mövqeyi, nəqliyyat və enerji imkanları ilə Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən mühüm halqaya çevrilib.

Məhz buna görə də Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının gələcəyi geniş perspektivlər vəd edir. Siyasi həmrəylik, iqtisadi inteqrasiya, nəqliyyat bağlantılarının genişləndirilməsi, enerji və rəqəmsal layihələrin həyata keçirilməsi, humanitar əlaqələrin möhkəmləndirilməsi qarşıdakı dövrdə ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq. Formalaşmaqda olan bu yeni əməkdaşlıq məkanı isə yalnız iştirakçı dövlətlərin milli maraqlarına deyil, bütövlükdə regionda sülhə, sabitliyə və davamlı inkişafa xidmət edəcək.

Ülviyə Quluyeva

Laçın rayonu Sədi Fərmanov adına Kamallı kənd tam orta ümumtəhsil məktəbinin direktor əvəzi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri