Azərbaycan və Özbəkistan arasında 400 milyon manatlıq LAYİHƏ
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan və Özbəkistan arasında ümumi dəyəri 389 milyon ABŞ dolları olan 10 investisiya layihəsinə start verilib. SİA xəbər verir ki, bunu Report-a müsahibəsində TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi, müsahibənin hazırlandığı dövrdə həm də Özbəkistanın nəqliyyat nazirinin müavini vəzifəsini tutan Jasurbek Çoriyev bildirib.
Bu investisiya layihələrinə Azərbaycan Prezidentinin 23-24 avqust tarixlərində Özbəkistana səfəri zamanı start verilib.
"Bu layihələr arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinin tikintisi layihəsi də yer alır. Birinci mərhələdə Nəməngan, Cizzəx, Səmərqənd, Sırdərya və Daşkənd vilayətlərində beş YDM-in tikintisi planlaşdırılır. Bundan başqa, "Yeni Daşkənd" massivinin ərazisində 4 hektar sahədə "Azərbaycan" parkının tikintisinə başlanılıb", - J.Çoriyev deyib.
Mətləb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 25 Sentyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















