Icma.az
close
up
RU
Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı səfərləri dövlətlərarası münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir ŞƏRH

Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı səfərləri dövlətlərarası münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycanla Özbəkistan arasında münasibətlər uğurla inkişaf edir. Son illər hər iki ölkənin liderləri qarşılıqlı səfərlər edirlər ki, bu da dövlətlər arasında münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri xüsusi qeyd olunmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, qarşılıqlı səfərlər türk dövlətlərinin birliyi kontekstində də böyük önəm kəsb edir. Özbəkistan Prezidentinin budəfəki səfəri zamanı dövlət başçılarının görüşü, aparılan müzakirələr, iki ölkə arasında müxtəlif sənədlərin mübadilə edilməsi iki dost ölkə arasında münasibətlərin gələcəyi barədə aydın təsəvvür yaradır. Azərbaycan və Özbəkistan dövlət başçılarının şəxsi münasibətləri, mübadilə edilmiş sənədlər bu səfərin ikitərəfli əlaqələrin inkişafında tarixi önəm kəsb etdiyini təsdiqləyir. Əsas hədəf isə Azərbaycan və Özbəkistan arasında əlaqələri daha da gücləndirməkdir. Xatırladaq ki, hələ ötən ilin avqustunda Prezident İlham Əliyevin Daşkəndə səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə dövlətlərimiz rəsmən müttəfiq oldular. Bu, ölkələrimizin əməkdaşlığında tarixi hadisədir.

Deputatın sözlərinə görə, Özbəkistan Prezidentinin ölkəmizə səfəri zamanı mübadilə edilmiş sənədlər, o cümlədən Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi Azərbaycan və Özbəkistan arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. Bütövlükdə, qarşıya qoyulan hədəflər türk birliyinin daha da güclənəcəyini təsdiqləyir.

Özbəkistan Prezidentinin Azərbaycana 2023-cü ilin avqustunda gerçəkləşən səfərini də xatırladan Fatma Yıldırım deyib ki, işğaldan azad olunmuş Füzuli şəhərində Özbəkistan tərəfindən orta məktəb binasının inşa edilməsi əsl qardaşlıq nümunəsidir. Həmin səfər zamanı Prezident Şavkat Mirziyoyev və Prezident İlham Əliyev məktəbin açılışını etdilər. Eləcə də, dövlət başçılarının Şuşaya səfəri də çox mühüm hadisə idi. Bundan əlavə, ötən il Özbəkistanın sərmayəsi ilə Xankəndi şəhərində tekstil fabrikinin istifadəyə verilməsi növbəti qardaşlıq nümunəsi oldu.

Ötən gün dövlət başçılarının iştirakı ilə Bakıda Özbəkistanın səfirliyinin yeni binasının açılışı və “Özbəkistan” parkının təməlinin qoyulması da ölkələrimiz arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldəcək.

Hər iki ölkənin müxtəlif sahələrdə əlaqələrinin gücləndiyini deyən deputat bu baxımdan, parlamentlərarası əlaqələrin inkişafını da məmnunluqla vurğulayıb: “Bir neçə gün öncə Milli Məclisin nümayəndə heyətinin tərkibində Özbəkistanın Xivə şəhərində səfərdə olduq. Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu keçirildi. Forumda kifayət qədər geniş mövzular üzrə müzakirələr aparıldı. Hesab edirəm ki, bu tədbir də ölkələrimiz arasında münasibətlərin inkişafının vacib bir göstəricisidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyul 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri