Azərbaycan və Qətər gömrük orqanları qabaqcıl təcrübələri öyrənəcək
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan və Qətər Dövlətinin gömrük orqanları arasında əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və paylaşılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Missiya.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müzakirələr BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində komitənin sədri Şahin Bağırov və Azərbaycanda səfərdə olan Qətər Dövlətinin Baş Gömrük Orqanının sədri Əhməd bin Abdulla Əl Camal arasında keçirilən görüşdə aparılıb.
Görüşdə həmçinin gömrük sisteminin müxtəlif sahələrində süni intellektin tətbiqi, iki ölkə arasındakı qarşılıqlı ticarət dövriyyəsinin artırılması baxımından faydalı münasibətlərin qurulmasına dair müzakirələr aparılıb.
Görüş çərçivəsində risklərin idarə edilməsi mövzusunda Azərbaycan gömrüyünün təcrübəsinə dair təqdimat nümayiş etdirilib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 19 Noyabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















