LeBron Ceyms NBA matçında azarkeşlə toqquşaraq onun şərabını içdi VİDEO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Filadelfiya Siksers” komandasının basketbolçusu LeBron Ceyms “Çikaqo Bulls”la qarşılaşmada qeyri-adi hərəkəti ilə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, 41 yaşlı basketbolçu oyun zamanı azarkeşlərdən birinin qabından şərab içib.
Hadisə noyabrın 2-də keçirilən qarşılaşmanın üçüncü periodunda baş verib. Komanda yoldaşı Tayriz Maksinin ötürməsinə çatmağa çalışan Ceyms meydanın hüdudlarından kənara çıxaraq tribunada əyləşən azarkeşlə toqquşub.
Bu zaman azarkeşin şərabının bir hissəsi yerə tökülüb. Ceyms isə onun qabını götürərək içkidən bir qurtum dadıb və dərhal meydana qayıdıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Oyundan sonra dördqat NBA çempionu hərəkətini zarafatla izah edib:
“Onunla toqquşdum və şərabının bir hissəsini dağıtdım. Buna görə də şərabın nə qədər yaxşı olduğunu yoxlamaq istədim. Pis deyildi”.
Qarşılaşma “Filadelfiya Siksers”in 126:107 hesablı qələbəsi ilə başa çatıb. LeBron Ceyms 15 xal, doqquz məhsuldar ötürmə və yeddi ribaundla yadda qalıb. Bu nəticə komandanın ardıcıl dördüncü qələbəsi olub.
Qeyd edək ki, 2026-cı ilin yayında “Los-Anceles Leykers”dən “Filadelfiya Siksers”ə keçən Ceyms NBA-da 24-cü mövsümünü keçirir. O, liqanın müntəzəm çempionatlarının tarixində ən çox xal toplayan basketbolçudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 03 Noyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















