Icma.az
close
up
RU
Azərbaycan və Quzey Makedoniya: Mədəniyyətlər qovuşmasında yeni körpülər Əkbər Qoşalı yazır

Azərbaycan və Quzey Makedoniya: Mədəniyyətlər qovuşmasında yeni körpülər Əkbər Qoşalı yazır

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bir-birindən xeyli uzaqda yerləşsələr də, bir sıra oxşar mərhələlərdən keçmiş Azərbaycan və Quzey Makedoniya tarixən fərqli mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu ərazilər oub.

Hər iki ölkə öz coğrafi mövqeyi sayəsində uzun yüzillər boyunca Günbatar və Gündoğar, Quzey və Güney arasında mədəniyyətlərin, dinlərin və xalqların görüş yerinə çevrilib.

Prezident Qordana Silyanovska-Davkova’nın Azərbaycana səfəri isə yalnız siyasi və iqtisadi işbirliyi çərçivəsində deyil, həm də mədəni, kulturoloji perspektivlərdən yorumlanmağı haqq edir. Bu münasibətlər təkcə diplomatik bağların güclənməsi olmayıb, həm də iki ölkənin mədəniyyətlərarası dialoq sahəsində yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.

Azərbaycan Qafqazın zəngin multikultural gələnəklərinə sahib lider ölkəsidir. Tarix boyu türk, fars, ərəb, rus və Avropa mədəniyyətlərinin təsiri ilə formalaşan mühit, özündə həm Gündoğarın dərin fəlsəfi köklərini, həm də Günbatarın çağdaş baxışlarını toplayıb.

Quzey Makedoniya isə Balkanların tarixi mozaikasında önəmli yer tutur. Orta yüzilliklərdən bu yana slavyan, yunan, Osmanlı, alban və b.-nın yaratdığı zəngin mədəni irs, bu ölkənin çoxqatlı identikliyini formalaşdırıb. Bu anlamda Azərbaycan və Quzey Makedoniya arasında mədəni işbirliyi, təkcə iki dövlət arasında yox, həm də Avrasiya coğrafiyasındakı böyük mədəni körpülərin qurulması deməkdir.

Azərbaycan və Quzey Makedoniya arasında humanitar sahədə işbirliyinin inkişafı böyük önəm daşıyır.

Prezident Qordana Silyanovska-Davkova Azərbaycanın mədəni həyatı ilə yaxından tanış olub və bu sahədə işbirliyinin genişlənməsi üçün müzakirələr aparıb. Bu, iki ölkənin mədəniyyətlərarası dialoq sahəsində yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Türk-Balkan bağları: tarixi, bugünü, gələcəyi…

Azərbaycanın Balkanlarla, o cümlədən Quzey Makedoniya ilə bağlarının tarixi kökləri vardır. Osmanlı dönəmində Balkanlarla Anadolu arasında güclü mədəni əlaqələr yaranıb, türk xalqları və İslam mədəniyyəti bu bölgədə öz izlərini qoyub. Makedoniyanın bir çox şəhərlərində Osmanlı memarlıq üslubu qorunub saxlanır, musiqi və ədəbiyyatda Gündoğar təsirləri bugün də müşahidə olunur. Azərbaycan bu ortaq tarixi bağları mədəni diplomatiya vasitəsilə yenidən canlandıra bilər.

Bu kontekstdə iki ölkə arasında bir sıra layihənin həyata keçirilməsi mümkün görünür:

• Azərbaycan və Quzey Makedoniya arasında mədəniyyət festivalları,

• Müxtəlif sənət sərgiləri, ədəbi tədbirlər,

• Kino və teatr sahəsində işbirliyi və s.

Multikultural model:

Azərbaycan və Quzey Makedoniyanın ortaq dəyərləri

Azərbaycanın dövlət siyasətində multikulturalizm öncüllük tanınan məsələlərdəndir. Bakıda yerləşən Multikulturalizm Mərkəzi, ölkədə müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin birgəyaşayışını təşviq edən institutlardan biridir. Quzey Makedoniya da etnik müxtəlifliyi ilə seçilən ölkələrdəndir. Burada makedoniyalılar, albanlar, türklər, serblər və digər etnik qruplar birgə yaşayır.

İki xalqın humanitar sahədə işbirliyi ümumi işin xeyrinədir. Quzey Makedoniya Prezidentinin Azərbaycanın mədəni həyatı ilə yaxından tanış olması və mədəni bağların genişləndirilməsinə dair aparılan müzakirələr göstərir ki, bu yöndə ciddi addımlar atıla bilər. Bununla yanaşı, Prezident İlham Əliyevin vurğuladığı kimi, Quzey Makedoniya liderinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan XII Qlobal Bakı Forumunda iştirakı, mədəni və elmi inteqrasiyanın dərinləşməsinə şərait yaradır.

Hər iki ölkənin tolerantlıq və multikulturalizm sahəsində təcrübə alış-verişi, həm yerli, həm də beynəlxalq səviyyədə mədəniyyətlərin dialoquna töhfə verə bilər.

Azərbaycan və Quzey Makedoniya arasında təhsil və humanitar sahədə də geniş işbirliyi imkanları mövcuddur. Özəlliklə öyrənci mübadilə proqramları, akademik əməkdaşlıq və araşdırma ocaqlarının birgə layihələri bu bağları daha da gücləndirə bilər.

Bununla yanaşı, Quzey Makedoniya Prezidentinin Azərbaycan universitet öyrənciləri ilə görüşü, elmi və humanitar işbirliyinin genişləndirilməsi üçün yeni imkanların xəbərçisidir. Bu cür təşəbbüslər iki ölkə arasında bilik və mədəniyyət mübadiləsini daha da möhkəmləndirmək gücündədir.

Bəli, Balkan və Qafqaz bölgələri, tarix boyu mədəniyyətlərin və sivilizasiyaların bir-birinə təsir etdiyi ərazilər olub. Azərbaycan və Quzey Makedoniya arasında mədəniyyətlərarası işbirliyinin genişlənməsi, hər iki ölkənin mədəni irsinin beynəlxalq səviyyədə tanınmasına imkan yaradacaqdır.

Bu işbirliyi sadəcə mədəniyyət alış-verişi deyil, həm də sivilizasiyaların qarşılıqlı inteqrasiyası baxımından önəmlidir. Quzey Makedoniyanın Avropaya yaxınlığı və Azərbaycanın Gündoğarla Günbatar arasında strateji mövqeyi nəzərə alınarsa, bu münasibətlər daha geniş miqyasda – Qafqaz-Balkan işbirliyi modelinin qurulmasına səbəb ola bilər.

Beləliklə,

Azərbaycan və Quzey Makedoniya arasında işbirliyi təkcə siyasi və iqtisadi yönlərdən ibarət deyil, həm də kulturoloji dərinlik və sivilizasiya üfüqlərində inkişaf edə bilər. Mədəni diplomatiyanın gücləndirilməsi, humanitar və akademik layihələrin artırılması, mədəniyyətlərarası dialoqun dərinləşdirilməsi, iki ölkəni sadəcə müttəfiq deyil, beynəlxalq mədəniyyət körpüsü quran strateji tərəfdaşlar səviyyəsinə yüksəldə bilər.

Bu gün Azərbaycan və Quzey Makedoniya arasında qurulan körpülər, gələcəkdə mədəniyyətlərin harmoniyası və yeni humanist dəyərlər sisteminin formalaşmasına xidməti haqq edir. Mədəniyyətin gücü yalnız bir ölkənin sınırları içində qalmır – o, sivilizasiyaların bir-birini anlama və qovuşma hadisəsidir...

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Mart 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri