Icma.az
close
up
RU
Gələcəyin enerji xəritəsi Əkbər Qoşalı yazır

Gələcəyin enerji xəritəsi Əkbər Qoşalı yazır

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Enerji artıq sadəcə iqtisadi kateqoriya deyil. XXI yüzildə enerji – özəlliklə də qaz – qlobal güc dəngəsinin, siyasi alyansların və geosiyasi dizaynların əsas parametrlərindən birinə çevrilib. Bu kontekstdə Güney Qaz Dəhlizi (GQD) təkcə texniki-infrastruktur layihəsi olmayıb, Avrasiya məkanının siyasi arxitekturasını yenidən formalaşdıran strateji arteriyadır. Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən bu layihə, Prezident İlham Əliyevin uzunmüddətli və uzaqgörən enerji diplomatiyasının bariz təzahürüdür.

 *Enerjidən güc arxitekturasına: Azərbaycanın yeni rolu* 

Azərbaycan GQD üzərindən yalnız qaz ixrac etməklə yetinmir; o, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş və bölgədə geosiyasi sabitlik faktoru kimi çıxış edir. Prezident İlham Əliyevin 10-cu Məşvərət Şurasında çıxışı, Azərbaycanın bu mövqeyinin sadəcə deklarativ deyil, gerçək əsaslara söykəndiyini sübut etdi. GQD-nin hazırda 7 ölkənin ərazisindən keçməsi və 17 ölkənin bu platformda təmsil olunması onun çoxölçülü siyasi xəritəyə çevrildiyini göstərir.

 *GQD – Batı üçün enerji,  Azərbaycan üçün strateji nüfuz* 

Layihənin ən vacib aspektlərindən biri odur ki, GQD Batının enerji diversifikasiyası strategiyasına cavab verdiyi qədər, Azərbaycanın strateji nüfuz dairəsini də genişləndirir. Bu, həm də Azərbaycanın iqtisadiyyatını monosektor risklərindən uzaqlaşdırır və ölkənin beynəlxalq maliyyə institutları ilə işbirliyini daha da gücləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa Birliyi ilə 2022-ci ildə imzalanan enerji anlaşması, GQD-nin önəmini yalnız mövcud gerçəkliklər üçün deyil, həm də gələcəyin enerji xəritəsi üçün artırır.

 *Geosiyasi davamlılıq və Yaşıl keçid* 

Enerji sahəsində liderlik iddiası yalnız qaz kəmərləri ilə sınırlana bilməz; GQD-nin yaşıl enerji ilə inteqrasiyası, Azərbaycanın həm də iqlim siyasətinə ciddi yanaşdığını göstərir. Prezident İlham Əliyevin COP29-a evsahibliyinə dair bəyanatı və yaşıl enerji imkanlarının GQD-nin genişləndirilməsində nəzərə alınması, ölkənin yeni enerji dönəmində də aparıcı rola iddialı olduğunu sübut edir.

 *Enerji diplomatiyasından strateji mirasa* 

Güney Qaz Dəhlizi Azərbaycan üçün sadəcə enerji göndəricisi imici deyil; bu, eyni zamanda strateji sabitlik yaradan, çoxqütblü dünya nizamında tərəfdaşlıq körpüləri quran bir alətdir. Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, enerji siyasətini geosiyasi sabitlik mexanizminə çevirib. XXI yüzilin “enerji yolları uğrunda rəqabət” səhnəsində CQD Azərbaycanın yaratdığı model layihə olaraq tarixə düşür – təkcə boru xətti deyil, həm də siyasi güvən xətti kimi...

Zatən, “Sözümüz imzamız qədər keçərlidir! Azərbaycanla dostluq qazancdır - biz dostluğumuza, sözümüzə şərəf, ləyaqət prinsipi kimi baxırıq; kim ki Azərbaycanla dost ola bilmir - bu, artıq bizim problemimiz deyil…

Dövlətimiz zaval görməsin!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Aprel 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri