Naxçıvanda daşınmaz əmlakın qeydiyyatında aktivlik artıb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Cari ilin 2 ayında Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində 735 torpaq sahəsi, 648 fərdi yaşayış, 226 mənzil, 45 qeyri-yaşayış binası, 40 qeyri-yaşayış sahəsi, 8 əmlak kompleksi olmaqla, ümumilikdə, 1702 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 4,1 faiz artıb.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdən daxil olan dövlət rüsumu 10,2 faiz artaraq 172,3 min manat, xidməthaqqı isə 16,1 faiz artaraq 377 min manat təşkil edib.

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 4 % artıb
06 Dekabr 2024 12:25
Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı 3,6 faiz artıb AZƏRTAC
09 Yanvar 2025 15:57
Daşınmaz əmlakın qeydiyyatında yeni hüquqi mexanizm gəlir
13 İyun 2025 10:30
Daşınmaz əmlakın qiyməti bahalaşacaqmı? AÇIQLAMA
02 İyul 2025 17:21
Köhnə sənədlərlə daşınmaz əmlakın qeydiyyatı asanlaşdı
16 İyul 2025 16:33

