Azərbaycan və Rusiyanın nəqliyyat nazirləri arasında görüş keçirilib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Nəqliyyat Nazirliyində Azərbaycan və Rusiyanın nəqliyyat nazirləri Rəşad Nəbiyev və Roman Starovoit arasında görüş keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, iclasın sonunda nazirlər Rusiya Baş nazirinin müavini Vitali Savelyevin iştirakı ilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə tranzit yükdaşımaların inkişafı üzrə Azərbaycan-Rusiya hökumətlərarası əməkdaşlıq sazişini imzalayıblar.
Qeyd olunub ki, saziş iki ölkə arasında dəmir yolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edir. Onun məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini artırmaq və Şimal-Cənub nəqliyyat dəhlizinin qərb marşrutunun potensialını artırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 21 Dekabr 2024 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















